2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Türkiyə Cənubi Qafqaza gəldimi?


Müharibənin ilk günündən Azərbaycanın yanında olan Türkiyə zəfər paradında da ən yüksək səviyyədə təmsil olundu. 

Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyinin qardaşlıq və müttəfiqlik ideyası üzərində qurulması barədə mübahisə olmasa da, Türkiyənin özünün bir dövlət olaraq müharibədəki rolu barədə müxtəlif fikirlər var. 

Qərb mətbuatındakı təhlilçilərdən bəziləri bunu Türkiyənin Cənubi Qafqaza daxil olması kimi görür. 

Saytların yığılması Saytlarin yigilmasi

Berlində yerləşən Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitunun təhlilçisi Daria İsaçenko yazır ki, hələ bu ilin martında Türkiyənin müdafiə naziri Hülusi Akar Türkiyənin Yaxın Şərqdə, Qafqazda, Balkanlarda və Aralıq dənizi hövzəsində iddiaları var və bu iddialar təmin olunmaqda olduğunu bəyan etmişdi. 

 

Türkiyə Rusiyanın nüfuz dairəsində?

Avropa Parlamentinin məsləhətçisi, region üzrə müstəqil şərhçi Eldar Məmmədov da deyir ki, Türkiyənin uduşu qismən də olsa, regiona gəlmək oldu:

“Prezident Erdoğan və Türkiyənin qonşuluqda öz təsir gücünü artırmaq fürsətini dəyərləndirmək cəhdi qismən təmin olundu. Amma qismən, çünki Türkiyənin bütün hərbi və diplomatik mənada Azərbaycana dəstəyinə baxmayaraq, o, son atəşkəs razılaşmasında iştirak edə bilmədi. Rusiyanın buna rəhbərlik etməsi və Dağlıq Qarabağda Türkiyə yox, yalnız Rusiya sülhməramlılarının olması, Türkiyə üçün bir itkidir”. 

Amma İstanbul Aydın Universitetinin professoru Nadir Devlet bununla razılaşmır və deyir ki, Türkiyənin regionda olması ona hansısa üstünlük vermir.

O hesab edir ki, Rusiya regionda aparıcı qüvvədir və həm Suriyada, həm də Azərbaycanda Türkiyə Rusiyanın diqtəsi ilə hərəkət edir.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə rəqib olacaq gücdə deyil, amma Rusiyanın da Türkiyəyə kompromis etməsi onu özünə cəlb etmək istəyi ilə bağlıdır, başqa sözlə, Rusiya Türkiyəni Qərbə qarşı özünə tərəfdaş görür: 

“Eyni şəkildə Türkiyə də Rusiyanın maraq dairəsinə girdi. S-400-lər, ticarət, təbii qaz. Türkiyə yavaş-yavaş NATO-dan ayrılır kimi bir mənzərə yaranır. Onsuz da Putinin istədiyi də budur. Türkiyəni NATO-dan qoparmaq. Odur ki, indi qələbə kimi görünən məsələlər sonralar daha ciddi problemlər aça bilər”. 

 

Türkiyənin qazancları

Naxçıvana Ermənistan ərazisi vasitəsilə açılması nəzərdə tutulan dəhlizin də Türkiyəyə Orta Asiya bazarlarına çıxmaq üçün imkan açacağını, Azərbaycan qazını daha ucuz ala biləcəyini deyənlər var.

Nadir Devlet isə hesab edir ki, bütün bunlar uzunmüddətli perspektivdə real ola bilər və üstəlik, Azərbaycanın Türkiyəni qazla tam təmin edə bilməsi də mübahisəlidir. Bununla belə, Nadir Devlet hesab edir ki, bu müharibədə Türkiyənin bəzi qazancları oldu: 

“Türkiyə ilk dəfə olaraq İHA və SİHA-ları bu müharibədə sınaqdan keçirdi. Türkiyə həm də Azərbaycan əsgərlərini NATO təlimləri ilə hazırladı”.

Türkiyə ilə Azərbaycanın genişmiqyaslı hərbi təlimləri bu yay Tovuz hadisəsindən sonra intensivləşdi.

Qarabağda Sentyabrın 27-dən başlanan müharibədə Türkiyə liderləri həm siyasi, həm də mənəvi mənada sona qədər Azərbaycanın yanında olacaqlarını dedilər. Azərbaycan Türkiyədən son müasir silahlar aldı, amma Türkiyə Azərbaycanın silah aldığı yeganə ölkə deyil. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button