2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Türkiyə-Ermənistan sərhəddi de-fakto açıqdır”

Araz Əlizadə: “İki dövlət arasında ticarət dövriyyəsi yetərincədir”

Son vaxtlar Türkiyə-Rusiya münasibətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə edilir. Hansı ki, bu yaxşılaşma Azərbaycan cəmiyyətində Ermənistan faktorundan dolayı bəzi narahatlıqlar yaradır. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, Rusiya-Türkiyə yaxınlaşması Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə nəticələnə bilər ki, bu da Ermənistanın iqtisadi blokadadan çıxması deməkdir.
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən millət vəkili Araz Əlizadə Türkiyə və Ermənistan arasında ticarət dövriyyəsinin onsuz da yüksək səviyyədə olduğuna diqqət çəkdi və tərəflər arasında əməkdaşlığın de-fakto uzun illərdir ki, davam etdiyini vurğuladı:
“Türkiyə və Ermənistan arasındakı sərhəddin açılıb-açılmamasının artıq elə bir əhəmiyyəti yoxdur. Çünki iki dövlət arasında ticarət əlaqəsi onsuz da mövcuddur. Türkiyənin Ermənistanla ticarət dövriyyəsi İranınkından yüksəkdir. Yəni sərhədlərin rəsmi şəkildə açılıb-açılmamsının elə bir əhəmiyyət kəsb etmir. De-fakto sərhədlər çoxdan açıqdır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button