2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Türkiyə geri çəkilərsə, üstünə gələcəklər…”

“Bir nəfərin belə gözündə qorxu görmədim. Hər kəsdə ölümün özünə meydan oxumaq kimi bir cəsarət gördüm”.

Bunu Moderator.az-a açıqlamasında ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı qardaş Türkiyədə baş vermiş terror olayından sonra ölkədəki ictimai-siyasi atmosferlə bağlı danışarkən deyib.
Q.Çaxmaqlı daha sonra bildirib ki,  heç bir terror və təhdidlər türk xalqını qorxuda bilməz: “Türk xalqı böyük xalqdır və bütün cəmiyyət bu xəyanəti kökündən qazımaq üçün səfərbərdir.  Amma cəmiyyətdə bir həyəcan var. Bu həyəcan da ondan qaynaqlanır ki, toplum hədəfin nədən Türkiyə olduğunu anlamağa çalışır ki,  xəyanətin cavabını versin. Terror elə bir alçaq fəaliyyətdir ki, onun nə vaxt hansı şəraitdə səni yaxalayacağını bilmirsən. Cəmiyyətdə Beşiktaş terrorunn nədən qaynaqlandığını aydınlaşdırmaq bəlli bir zaman alacaq. Amma inanıram ki, bu cinayət aydınlaşacaq. Türk cəmiyyəti bu an tək vücuddur.  Bunu hər xalq edə bilməz. O səbəbdən deyirəm ki, Türk xalqı bu sınaqdan çıxacaq”.
Professor “Bu terrorda erməni barmağı ola bilərmi?” sualımızı da cavablandırıb: “Ermənilər başından bəri PKK-nın içində olmuşlar və indi də onlar Türkiyə ilə düşmənçiliklərini davam etdirməkdədirlər. Konkret hansı terror aksiyasında onların əlinin olduğunu demək çətindir, amma qarşı tərəfdə yer aldıqlarını bilirik.  Kripto ermənilər Türkiyəyə içəridən zərbə vurmaq üçün hətta açıq da verirlər. Türkiyədəki erməni mətbuatı bu düşmənçiliyini hər addımda göstərir. Agos deyilən qəzet açıq şəkildə terroru və separatçılığı dəstəkləyən yazılar verməkdədir. Bu yazılardan yalnız biri bəs edər ki, onlar qanun qarşısında cavab versinlər. Amma ifadə özgürlüyünü bəhanə edərək hələ ki, təxribatlarını davam etdirirlər. Bu fəaliyyət terrorun yanında olmaq deməkdir”.
 
Q.Çaxmaqlı onu da vurğulayıb ki, Türkiyə bundan sonra daha qərarlı addımlar atmalıdır: “Türkiyənin bir bölgəsəl güc olaraq indiki vəziyyətini mənfiyə doğru dəyişdirmək imperializmin hədəfləridir. Bu bölgədə olan bütün terror təşkilatlarının, PKK, PYD, DAEŞ, FETÖ və başqalarının hədəfi Türkiyədir. Bu örgütlər onları yaradan və barındıranların əlində oyuncaqdır. Bir müsahibəmdə də demişəm, Türkiyənin yaxın Şərqdə söz sahibi olmaması və mümkün olduğu halda onun torpaqlarını öz içinə almaqla bir Kürdüstan yaratmaq istəyi var. Suriya və İraqda siyasi anlamda yaşananlar Birinci dünya savaşının davamıdır. Dünya hələ bölünüb qurtarmayıb. Bu bölgənin Türkiyənin nəzarətindən çıxarılması üçün bu savaş davam etdirilməkdədir . Beşiktaş terroru da nəyisə almaq üçün verilən bir mesajdır.
Amma Türkiyə geri çəkilərsə onun üstünə gələcəklər. İndi qərarlı addımlar atmağın tam zamanıdır. Türk ordusu Əl-Bab Münbiç xəttində  qərarlı addımını atmalı və dövlətini gələcək təhlükələrdən qorumaq üçün burada  qalıcı tədbirlər görməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button