2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddəti uzadılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan bununla bağlı qanun layihəsi  noyabrın 1-də  bu ölkənin Böyük Millət Məclisində qəbul olunub

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan bununla bağlı qanun layihəsi noyabrın 1-də bu ölkənin Böyük Millət Məclisində qəbul olunub.

Azərbaycanın işğaldan azad edilən ərazisində (Ağdam rayonu) müvəqqəti yerləşdirildiyi açıqlanan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı (birillik) bundan əvvəl də 2021-ci ildə bir il uzadılıb.

Bu mərkəz 2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq yaradılmışdı. Mərkəzin məqsədi atəşkəslə bağlı monitorinqlər aparmaqdır.

Xatırlatma

İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində (Azərbaycanın Ermənistanla bitşik Laçın rayonunda) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button