2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Türkiyə ilə Avstriya arasında “seks” skandalı – MÜNASİBƏTLƏR PİSLƏŞDİ

Ötən ay Türkiyə Konstitusiya Məhkəməsi yaşı 15-dən az olanlara qarşı istənilən seksual hərəkəti «seksual sui-istifadə» sayan maddənin cinayət məcəlləsindən çıxarılmasına səs verib.

Türkiyə Avstriyanın Ankaradakı müvəqqəti işlər vəkilini xarici işlər nazirliyinə çağırıb. Səbəb Vyana aeroportunda Türkiyə barədə qaçan sətir reklamında yerləşdirilmiş bir cümlədir. «Türkiyədə yaşı 15-dən az olanlarla cinsi əlaqəyə icazə verilir», elektron tablodakı bu cümlə sosial mediada yayılandan sonra yığışdırıldı. Amma Ankara Vyananın yaxasından tezliklə əl çəkənə oxşamır, bu «nalayiq hərəkətin» hesabını sorur. Məlumatı «Reuters» agentliyi yayıb.

FƏALLAR QƏRARA QARŞI

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ay Türkiyə Konstitusiya Məhkəməsi cinayət məcəlləsindən, yaşı 15-dən az olanlara qarşı istənilən seksual hərəkəti «seksual sui-istifadə» sayan maddənin çıxarılmasını dəstəkləyib. Məhkəmənin qərarı gələn ilin yanvarından qüvvəyə minir. Bu qərar sosial mediada, qadın insan haqları fəalları arasında qəzəb yaradıb. Onlar uşaqlara qarşı seksual davranışların cəzasız qalacağını bildirirlər.

Türkiyə mediası yazır ki, fəallar bu qərardan Avropa İnsan Haqları məhkəməsinə şikayət verməyi planlaşdırırlar.

Bunu da oxuyun – Azərbaycana üz tutan “ərəb turistlərin” müdhiş sirri – ŞOK İDDİA

Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü də müvəqqəti işlər vəkilinin şənbə günü nazirliyə çağrılmasını təsdiqləyib. «Türkiyə hakimiyyətinin reaksiyasını nəzərə alırıq, amma bizdən ötrü bu, mətbuat azadlığıdır»,Thomas Schnoell deyib.

Vyana aeroportunun sözçüsü söyləyib ki, həmin xəbərə görə məsuliyyət daşımırlar. Elektron tablo bir yerli qəzet tərəfindən idarə olunur və məzmununa da o cavabdehdir.

«Deutche Welle» radiosu yazır ki, bu «qaçan sətir» Avstriyanın «Kronen Zeitung» tabloid qəzetinin yazısından götürülüb.

«QƏRAR DƏYİŞDİRİLMƏLİDİR»

 Bunu da oxuyun – Oliqarxa çevrilən general – Bəylər Əyyubov

İsveçin xarici işlər naziri Margot Wallstrom da bazar günü bu mübahisəli məsələyə toxunub. «Türkiyədə yaşı 15-dən az olanlarla cinsi əlaqəyə icazə verən qərar dəyişdirilməlidir. Uşaqları zorakılıqdan, cinsi istismardan qorumaq gərəkir», Avropa Komissiyasının keçmiş vitse-prezidenti və BMT-nin münaqişələrdə cinsi zorakılıq üzrə keçmiş elçisi olan Wallstrom bu barədə «Twitter» sosial şəbəkəsində yazıb.

Türkiyədə ötən aykı çevriliş cəhdindən sonra kütləvi həbslər, təzyiqlər Ankarayla Avropanın münasibətlərini gərginləşdirib. Minlərlə adam işdən çıxarılıb, dindirilib, yaxud saxlanıb. Onların ABŞ-da yaşayan ruhani Fethullah Gulen-lə əlaqələri olduğu bildirilir. Türkiyə Gulen-i çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen isə bunu təkzib edir.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan və türklərin çoxu Qərbi çevriliş cəhdindən çox, onu planlayanların hüquqlarına daha çox diqqət ayırmaqda suçlayır.

NAZİRLƏRDƏN SƏRT BƏYANATLAR

Avstriyanın müdafiə naziri Hans-Peter Doskozil Türkiyəni «diktaturayla» müqayisə edib.

Ötən həftə isə Türkiyənin xarici işlər naziri Avstriyanı «radikal irqçiliyin paytaxtı» adlandırıb. Belə ki, daha öncə Avstriyanın kansleri Christian Kern Avropa Birliyinin Türkiyəylə üzvlük danışıqlarına son verməyə çağırmışdı.

Bunu da oxuyun – Kəmaləddin Heydərov keçiriləcək referendumda hakimiyyətin qənimi olacaqmı?

«Türkiyə sazişdəki öhdəliklərinə əməl etsə də, vizasız gediş-gəliş məsələsi, hələlik, yubanır. Səbəb də Türkiyənin antiterror qanunlarıdır, Avropa bu qanunvericiliyi həddən artıq geniş sayır. Çevriliş cəhdindən sonra baş verənlər də yaxşı bir şey vəd eləmir», agentlik yazır.

AzadlıqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button