2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə ilə danışıqlarda Ermənistanın nümayəndəsi Jirayr Libaridyan olacaq?

Bakı/18.12.21 Beynəlxalq müşahidəçilər maraqla Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda Ermənistanın nümayəndəsinin kim olacağı barədə qərarı gözləyirlər. Bununla əlaqədar Ermənistan prezidentinin xarici siyasət üzrə keçmiş müşaviri (1991-97) Jirayr Libaridyanın gözlənilmədən Yerevanda görünməsi diqqət çəkib.

Amerika vətəndaşı olan Libaridyan cəmiyyətin Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin mərhələli həllinə razılaşmaq təklifini qəbul etməməsindən sonra Ermənistanı tərk edib.

Sonrakı illərdə Libaridyan dəfələrlə Robert Koçaryanın və Serj Sarkisyanın Qarabağ məsələsi ilə bağlı mövqeyini tənqid edib. Təəccüblü deyil ki, o, Ermənistanda “satqın” adına layiq görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra o, Ermənistan cəmiyyətini özünü aldatmaqda və dünyaya ayıq baxa bilməməkdə ittiham etdiyi məqalə dərc edib.

Libaridyanın mövqeyi ondan ibarət idi ki, Yerevan Azərbaycanın Qarabağ üzərində hüquqlarını tanımalı və Qarabağın Ermənistana birləşdirilməsinə deyil, ermənilərin təhlükəsizliyinə zəmanət verilməsinə nail olmalıdır.

O, həmçinin Türkiyə ilə barışmağın və “erməni soyqırımının” tanınmasını və təzminat ödənilməsini şərt kimi qoşmamağın tərəfdarıdır.

Buna görə Libaridyanın Yerevanda görünməsi və hakim Nikol Paşinyan komandasının üzvləri ilə görüşləri böyük səs-küy yaradıb.

O, Yerevanda jurnalistlərlə söhbətində öz mövqeyini təkrar edib, bu da 25 il sonra onun Ermənistana səfərinin heç də təsadüf olmadığı barədə şübhələri gücləndirib.

Yeri gəlmişkən, noyabrda Libaridyan Bostonda Turan Agentliyinə müsahibə verməyi vəd edib, amma son anda fikrini dəyişdirib və bunun səbəbini izah etməyib.

Bəlkə də, o, həmin vaxt artıq Yerevandan Türkiyə ilə münasibətlərin normallaşmasında iştirak etmək təklifi almışdı və vaxtından əvvəl “gün üzünə çıxmaq” istəməyib.

İstənilən halda, Libaridyanın bu prosesə cəlb edilməsi çox müsbət addım olardı və şübhəsiz, həm Türkiyə ilə, həm də Azərbaycanla münasibətlərdə vəziyyətin normallaşmasına şərait yaradardı.

Yaşının çox olmasına baxmayaraq (76), Libaridyan ekspert və politoloq kimi fəal şəkildə işləyir.

Əslən Osmanlı Türkiyəsindən olan Libaridyan Qarabağ nizamlanması ilə bağlı Azərbaycanlı həmkarı Vəfa Quluzadə ilə danışıqlar aparırdı. İstefa verdikdən sonra Bakıya səfər etmişdi və Heydər Əliyevlə görüşmüşdü. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button