2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Türkiyə ilə zarafat etmək lazım deyil!” -Ərdoğan xalq qarşısında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki hərbi çevrilişə cəhddən sonra ilk dəfə publika qarşısına çıxıb.
24saat.org Haberturk-ə istinadən xəbər verir ki, ölkə başçısı çevrilişə cəhd edənləri ordunun üzqarası adlandırıb və onların həbsi haqda məlumat verib:
“Bizim həmişə birliyə ehtiyacımız var və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Türkiyə küçələrə, meydanlara yekdil bir millət olaraq çıxdı. Mən hamını bir olmağa səsləyirəm. Bizi heç kəs parçalaya bilməz. Bu, bizim əsas məqsədimizdir. Xatırlatmaq istəyirəm-Türk xalqı ilə zarafat etmək lazım deyil!”
 
Ərdoğan Fətullah Gülənin Amerika tərəfindən qaytarılması məsələsinə də toxunub:
“ABŞ prezidentinə səslənirəm. Bu şəxsi ya deportasiya edin, ya da bizə verin demişdim. Amma olmadı. İndi bu çevrilişə cəhddən sonra bir daha səslənirəm-Pensilvaniyadakı bu “zat”ı artıq Türkiyəyə təslim edin. Əgər biz strateji ortağıqsa onda bu tələbi yerinə yetirin. Çünki siz bizdən hansı terrorçunu istədizsə biz verdik, indi də sizin növbənizdir.
Şükür olsun ki, bu çevriliş cəhdi istədikləri kimi nəticələnmədi. Çünki buna inanmışdıq. Çox təəssüf ki, polislərdən də, mülki şəxslərdən də şəhidlər oldu”.
Türkiyə prezidenti edam hökmünün bərpası ilə bağlı da danışıb:
“Şübhəsiz ki, hər bir tələbin dəyərləndirilməsi, danışılması demokratik ölkələrdə bir haqqdır. Bunlar parlament damı altında qiymətləndirilir, yəni başqa yerlərdən icazə almağa gərək yoxdur”.
Ərdoğanın çıxışı olduqca emosional olub və insanlar tərəfindən ayaqda alqışlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button