2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Türkiyə koronavirusa görə 100 milyard ayırdı

Martın 18-də Türkiyə Prezidenti Rəcəb koronavirusla bağlı dövlət rəsmiləri ilə iclas keçirib. İclasdan sonra Ərdoğan Türkiyə xalqına aşağıdakı müraciəti birnəfəsə oxuyub. Müraciətdə görüləcək 100 milyard lirəlik paketi nəzərdə tutan iqtisadi tədbirlər açıqlanıb:

  1. Pərakəndə satış, ticarət mərkəzləri, dəmir-polad, avtomobil, logistika-nəqliyyat, kino-teatr, yerləşmə, qida məhsulları, toxuculuq geyimləri və təşkilati sektorlar üçün aprel, may və iyun aylarında nəzərdə tutulan ƏDV vergisi 6 ay təxirə salınır.
  2. Yaşayış vergisi noyabr ayınadək tətbiq olunmayacaq.
  3. Otel kirayəsi üçün gəlir payı ödəmələrini 6 ay təxirə salırıq.
  4. Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV-ni 18%-dən 1%-ə endiririk.
  5. Covid-19 virusu səbəbindən nəğd gəlirləri pozulan firmaların banklara olan kredit borclarını 3 ay müddətinə təxirə salırıq və lazım gələrsə, onlara əlavə maliyyə dəstəyini təmin edəcəyik.
  6. İxracatda müvəqqəti ləngimə zamanı imklanlardan istifadə nisbətini qorumaq üçün ixracatçıya inventar maliyyələşdirmə dəstəyi verəcəyik.
  7. Bu dönəmdə azad sahibkarların “Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə, əlavə faiz olmadan təxirə salacağıq.
  8. Kredit Zəmanət Fondunun limitini 25 milyard lirədən 50 milyard lirəyədək artıracağıq.
  9. Vətəndaşlarımız üçün uyğun və avantajlı şərtlərlə sosial məqsədli kredit paketləri ayıracağıq.
  10. Minimum əmək haqqı dəstəyini davam etdirəcəyik.
  11. Uzaqdan işləmə modellərini təkmilləşdirəcək, fəaliyyətində fasilə yaranan işçilərə müvəqqəti gəlir dəstəyi verəcək, bununla da işverənlərin maliyyə yükünü azaltmış olacağıq.
  12. Minimum pensiya məbləğini 1500 lirəyə yüksəldirik.
  13. Pensiyaçıların bayram bonuslarını aprelin əvvəlində ödəyəcəyik. Həmin məbləğ birbaşa təqaüdçülərin bank hesabına yatırılacaq.
  14. Ehtiyacı olan ailələlər yardım üçün əlavə olaraq 2 milyard lirəlik vəsait ayırırıq.
  15. Məşğulluğun davamı üçün 2 aylıq əvəzetmə iş müddətini 4 ayadək artırırıq.
  16. Tək yaşayan 80 yaşdan yuxarı qocalar üçün social xidmət və evdə tibbi xidmətdən ibarət dövri izləmə proqramını başladırıq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button