2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə müxalifətinin vahid namizəd məsələsində fikir ayrılığı var? 

Türkiyədə altı müxalifət partiyasını birləşdirən seçki bloku bəyan edib ki, prezidentliyə vahid namizədin adı gələn həftə elan olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu namizəd may ayında keçiriləcək prezident seçkisində Recep Tayyip Ərdoğanın rəqibi olmalıdır.

Reuters agentliyinin xəbərində deyilir ki, vahid namizədin bazar ertəsi elan ediləcəyi bildirilsə də, blokun ikinci böyük partiyası – millətçi İYİ partiyasında “bu və digər məsələlərlə” bağlı fikir ayrılıqları var.

Partiya rəhbərliyi bu məsələlərlə əlaqədar buğun – martın 3-də iclas keçirəcəyini bildirib.

Reuters yazır ki, müxalifət ötən seçkidə Ərdoğana və onun hakim Ədalət və İnkişaf (AKP) Partiyasına qarşı ciddi rəqabət apara bilməyib.

Qarşıdan gələn seçki ölkənin cənubunda baş vermiş zəlzələdən üç ay sonraya təsadüf edəcək.

Ərdoğan bu həftə bildirmişdi ki, həm prezident, həm də parlament seçkiləri mayın 14-də keçiriləcək.

Kılıcdaroğlu güclü namizəddir, amma…

Altı müxalif partiyanın liderləri martın 2-də vahid namizəd barədə qərar qəbul etmək məqsədilə bir araya gəlmişdilər.

Bu namizədin Respublika Xalq Partiyasının (Cümhuriyet Halk Partisi – CHP) lideri Kemal Kılıcdaroğlu olacağı gözlənilirdi.

Blokun bəyanatında deyilirdi ki, “biz 13-cü prezident seçkisi üçün namizədimizlə bağlı yekdil rəyə gəlmişik”.

Bu bəyanatı 6 partiyanın liderləri imzalayıblar. Onlar öz partiyalarının icraiyyə şuralarına məlumat verəndən sonra martın 6-da yekun bəyanatı təsdiqləyəcəklərini bildiriblər.

Türkiyə mediasının məlumatlarına görə partiya liderlərinin əksəriyyəti Kılıcdaroğlunun namizədliyini dəstəkləyir, amma Meral Akşenerin İYİ partiyasında bu namizədliyə qarşı olanlar var.

İYİ partiyasından adının çəkilməsini istəməyən rəsmi Reuters agentliyinə deyib:

“Növbəti addımlar barəsində müxtəlif mövqelər var. Bu mərhələdə detallara varmamaq daha yaxşıdır. Mən deyə bilmərəm ki, biz əldə olunmuş razılaşmadan məmnunuq. Əsas qərar buğun qəbul olunacaq”.

Həmin rəsmi deyib ki, Kılıcdaroğlu güclü namizəddir, amma başqa namizədlər də müzakirə olunmalıdır.

Ərdoğanı gücləndirən fikir ayrılığı

Reuters yazır ki, İstanbul və Ankara şəhərlərinin CHP-dən olan merlərinin namizədlikləri də müzakirə olunurdu və rəy sorğuları onların Ərdoğandan populyar olduqlarını göstərir.

Amma belə görünür ki, müxalifətin sıralarındakı fikir ayrılığı, populyarlığı aşınmaqda olan Ərdoğana üstün gəlməkdə mane ola bilər.

AKP-nin əsas dəstək istehkamlarından biri olan Adıyaman vilayəti zəlzələ zonasındadır və bəziləri deyirlər ki, burada fəlakətlə bağlı görülən tədbirlərdən olan narazılıq Ərdoğan partiyasının reytinqini xeyli aşağı salıb.

24 saat” “
Türkiyə müxalifətinin vahid namizəd məsələsində fikir ayrılığı var? 
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button