2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Türkiyə müxalifətinin vahid namizədi elan olundu

Yayımlandı: 6 Mart 2023 22:37

Kılıçdaroğlu 5 partiyanın sədrinin isə vitse-prezident olacağını deyib

“Millət ittifaqı”nın prezidentliyə namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə martın 6-da 5 saatlıq müzakirədən sonra Səadət Partiyasının sədri Temel Karamollaoğlu açıqlama verib.

Bildirilir ki, ittifaqdakı 5 partiyanın sədri isə vitse-prezident olacaq.

Kamal Kılıçdaroğlu 1948-ci ildə Tuncelinin Nazımiyyə rayonunda anadan olub.

1971-ci ildə Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyasını bitirib.

K. Kılıçdaroğlu Əmək və Sosial Müdafiə Nazirliyində müşavirin müavini vəzifəsində çalışıb.

O, 2002-ci ildə keçirilən parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbldan millət vəkili seçilib.

K.Kılıcdaroğlu 2010-cu ildən CHP-nin başqanıdır.

Haberturk-dən Screenshot

Martın 3-də İYİ Partiyasının sədri Meral Akşener “Altılı masa”dan ayrılmışdı.

O, təkliflərinin masa tərəfindən rədd edildiyini demişdi.

M.Akşener bu gün yenidən ittifaqa qayıtdı.

“Millət ittifaqı”nda Demokratiya və Atılım Partiyasının (DEVA) sədri Ali Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğu, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının başqanı Gültekin Uysal, İYİ Partiyasının sədri Meral Akşener və CHP-nin sədri Kamal Kılıçdaroğlu təmsil olunurlar.

2023-cü ilin yanvarında Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçiriləcəyini bildirmişdi.

Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da ölkədə keçirilən ilk birbaşa prezident seçkilərində qalib gəlib.

2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə yenidən prezident seçilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button