2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Türkiyə NATO-nun partnyorluq münasibətlərinə əngəl yaradır

Türkiyə NATO və Avstriya arasında əməkdaşlığa veto qoymaqla, alyansın 41 ölkə ilə partnyorluq əlaqələrinə əngəl yaradıb.

Məhz bu səbəbdən NATO bu yaxınlarda öz daxili qaydalarını dəyişib və alyans indi partnyorluq münasibətlərini hər bir ölkə ilə ayrı-ayrılıqda quracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Avstriya NATO üzvü deyil, lakin alyansla sıx əməkdaşlıq edir və onun 400 əsgəri Kosovoda xidmətdədir.

Daily Sabah yazır ki, Türkiyə, Avstriyanın onun Avropa İttifaqına üzvlüyünə maneçilik törətdiyinə görə acıqlıdır.

Türkiyə ordusu NATO-da böyüklüyünə görə ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ordudur.

BBC məlumatlı mənbələrdən aldığı məlumat əsasında bildirir ki, Ankara əslində NATO-nun Vyana ilə partnyorluğunu son bir il ərzində bloklayıb.

Azərbaycanla partnyorluq davam edəcək

Türkiyənin vetosu NATO-nun Azərbaycan da daxil bir sıra keçmiş sovet respublikaları ilə partnyorluğunu da bloklamışdı, lakin adının çəkilməsini istəməyən alyans nümayəndəsi deyib ki, artıq partnyorluq qaydası dəyişdirilib.

Rəsminin sözlərinə görə qaydaların dəyişdirilməsi gələcəkdə belə vetoların qoyulmasını mümkünsüz edəcək.

Bununla belə, Ankaranın Avstriya ilə partnyorluğu bloklamaqda davam edəcəyi gözlənilir.

NATO-nun növbəti görüşü mayın 25-də Brüsseldə keçirilməlidir.

Avstriya da Türkiyənin vetosuna acıqlı reaksiya verib. Ölkənin müdafiə naziri Hans Peter Doskozil deyib ki, Ankarının hərəkıəti bütün Avropanın təhlükəsizliyini riskə atır.

Nazir bildirib ki, Türkiyənin hərəkəti bu ölkənin həqiqətən də Avropa İttifaqı üzvlüyünə layiq olmadığını nümayiş etdirir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button