2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə nazirinin iddiası təmin edilmədi

Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Kayanın Hollandiya hökümətinə qarşı qaldırdığı iddia təmin edilməyib.
İddianın səbəbi nazir Fatma Betül Kayanın mart ayında Rotterdam şəhərinə etdiyi səfər zamanı baş vermiş hadisələrlə bağlı olub.
Türkiyədə 16 aprel Konstitusiya referendumu ərəfəsində Fatma Betül Kaya Hollandiyada yaşayan türklərlə görüşmək üçün mart ayının 11-də Rotterdam şəhərinə gəlib.
Lakin Hollandiya polisi Fatma Betül Kayaya türk icması nümayəndələrilə görüşməyə və Türkiyə konsulluğuna daxil olmağa icazə verməyib.
Türkiyəli nazir polislə uzun çəkən danışıqlardan sonra Hollandiyanı yerli türklərlə görüş keçirmədən tərk etməli olub.
De Telegraaf qəzetinin məlumatına görə, Hollandiya höküməti Fatma Betül Kayanın deportasiya edilmədiyini, öz istəyi ilə ölkəni tərk etdiyini bildirib.
Bu səbəbdən, nazirin qaldırdığı iddia təmin olunmayıb.
Kaya, Rotterdama martın 11-də Almaniyadan quru yolla avtomobil korteji ilə gəlib.
De Telegraaf-ın yazdığına görə, ölkəyə daxil olmamışdan əvvəl Türkiyə nazirinə Hollandiyada “arzuolunmaz şəxs” olduğu bildirilərək, ölkəyə gəlməməyi məsləhət görülüb. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button