2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə ölkənin cənubi-şərqində aviazərbələr endirib

Türkiyənin təhlükəsizlik qüvvələri ölkədə qadağan edilən Kürd Fəhlə Partiyasının mövqelərinə aviazərbələr endirib, zərbələr nəticəsində 13 kürd qiyamçısı zərərsizləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Siirt əyalətində keçirilən əməliyyata “F-16” qırıcıları cəlb edilib.
Türkiyədə PKK ilə silahlı münaqişənin bərpasından sonra (2015-ci ilin iyul ayı) kürd qiyamçıları ilə qarşılaşmada 600-dən çox hərbçi və polis ölüb.
Türkiyənin Baş qərərgahı bu müddət ərzində 8 min kürd qiyamçısının məhv edildiyi barədə məlumat yayıb.
Amma kürdyönümlü Xalqların Demokratik Partiyasının nümayəndələri terror əleyhinə əməliyyatlar zamanı yüzlərlə dinc əhalinin öldüyünü iddia edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button