2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə öz addımlarını Azərbaycanla razılaşdırır – Çavuşoglu

Bakı/27.09.21 “Bilirsiniz ki, Ermənistanın baş naziri Nikol Paşinyan müsbət mesajlar verdi, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da mesajlar verdi. Bizim məqsədimiz müharibədən sonra bölgənin sülh bölgəsinə çevrilməsidir”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında sentyabrın 27-də deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edib və hələ də Ermənistandan müsbət bir cavab verilməyib.

“Biz hər zaman olduğu kimi, bu məsələ ilə bağlı bütün addımlarımızı Azərbaycanla birlikdə koordinasiya edirik, birlikdə qərar veririk və birlikdə addım atırıq və bundan sonra da belə olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Ceyhun Bayramov Ermənistan tərəfinin verdiyi mina xəritələrinə aydınlıq gətirib. Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fəal iş gedir.

“Məsələni qəlizləşdirən dağıntılardan əlavə, ərazilərin ağır formada minalarla çirkləndirilməsidir. Bu barədə çox danışılıb. Bizə üç bölgənin mina xəritələri verilib. Həmin xəritələrdə 200 minə yaxın piyada və tank əleyhinə minaların olduğu bildirilib. Həmin xəritələrin dəqiqliyi çox aşağıdır, təxminən 25 faizi faydalı hesab oluna bilər. Bu amillər aparılan abadlıq-quruculuq işlərinə təsir edir. Amma, bununla belə, nəhəng işlər aparılır”, – deyə  Bayramov qeyd edib. -16D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button