2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə parlamenti türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətini uzadacaq

Bakı/09.11.21 Türkiyə hərbçilərinin Azərbaycanda mandatının uzadılması haqqında qanun layihəsi çərşənbə axşamı Türkiyə parlamentinə təqdim edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə sənəd noyabrın 9-da  parlamentin plenar iclasında müzakirə olunacaq,  “Anadolu”agentliyi məlumat yayıb.

Türkiyəli hərbçilərin Azərbaycana göndərilməsi barədə mandat ilk dəfə 17 noyabr 2020-ci ildə Türkiyə parlamenti tərəfindən təqdir edilib.

Parlament atəşkəs rejiminin bərqərar edilməsi, pozuntuların qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi və Ağdamda yerləşən atəşkəsə nəzarət üzrə birgə mərkəzin missiyasının icrası məqsədilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün  hökumətə hərbi qulluqçuları bir il müddətinə Azərbaycana göndərməyə icazə verdi.

Saytların yığılması Saytlarin yigilmasi

Parlamentdə təqdir olunarsa, türkiyəli hərbçilərin Azərbaycanda missiyasının müddəti 17 noyabr 2021-ci il tarixindən başlayaraq bir il müddətinə uzadılacaq. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button