2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə PKK-ya etmədiyini əsgərinə etdi: Qiyamçılar 3 metrlik beton kameralarda çürüyəcək

Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdindən sonra kütləvi həbslər davam edir. Qaynarinfo.Az xəbər verir ki, bu gün həbs olunan şəxslərə veriləcək cəzalar və onların saxlanılacağı həbsxanalarla bağlı ilginc xəbərlər yayılıb.

“Türkiyə qəzeti”nin məlumatına görə, hökumət bu kimi halların bir daha yaşanmaması üçün sərt addımlar atmaq qərarına gəlib. Bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunub və bəzi qərarlar verilib.

Qəzet yazır ki, hökumət qiyamçıları üçün xüsusi məhkəmədlər qurmaq fikrindədi. “Çevriliş məhkəmələri”nin qurulması üçün xüsusi qanun qəbul ediləcək. Qiyamçıların cəzaları veriləndən sonra həmin məhkəmələr ləğv olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Qəbul olunacaq qanun layişəsində günahkarların istintaqının şərtləri, veriləcək cəzalar, onların saxlanılacağı yerlər və saxlanma şəraiti ilə bağlı bütün detallar yer alacaq.

Bildirilir ki, Nazirlər Kabinetinin iclasında edam cəzasının bərpa olunması müzakirə olunub. Lakin bəzi nazirlər edamanın qiyamçılar üçün xilas yolu olduğunu bildirib və daha ağır həraitdə cəza çəkmələrini istəyiblər. Qəbul olunacaq qanun layihəsində qiyamçıların istintaqının və məhkəməsinin tez bir zamanda başa çatması ilə bağlı maddə olunacaq. Məhkəmələr xüsusi binada keçiriləcək avə işlərə çox sayda hakim baxacaq.

Qərarın daha ilginc tərəfi həbsxanalardır. Belə ki, 3 metrlik beton kameralardan ibarət həbsxanaların inşa edilməsinə qərar verilib. Onların tikintisi 3-4 aya yekunlaşmalıdır. Bu kameralar günəş işığı görməyəcək və içində sadəcə tualet olacaq. Cəza alan qiyamçılar bu kameralarda ömürlərinin sonunadək məhkum olacaq. Onlara başqa məhkumlara verilmiş heç bir haqq verilməyəcək. Ailələri ilə görüş, kitab oxumaq və televiziya haqqları olmayacaq.

Bunlarla yanaşı, hərbi sistemlə bağlı da önəmli qərarlar verilib. Həmin qərarlara əsasən Genelkurmay Başqanlığı (Baş Qərargjah İdarəsi), qüvvət və qarnizon komandanlıqları başda olmaqla bütün hərbi binalar şəhərdən kənara köçürüləcək.

İddialara görə, hökumət Genelkurmay Başqanlığını Milli Müdafiə Nazirliyinə birləşdirmək və Jandarma Baş Komandanlığını ləğv etmək istəyir. Bu baş versə, Jandarma Baş Komandanlığı Daxili İşlər Nazirliyinin tərkibindəki bir şöbəyə çevriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button