2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Türkiyə polisi partlayışı törədən şəxsin saxlanıldığını açıqlayıb

Yayımlandı: 14 Noyabr 2022 13:01

Saxlanılan şəxsin Suriya əsilli Əhlam Əlbəşir olduğu deyilir

Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışla bağlı bir nəfərin saxlanıldığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Nazir hadisəni törədən şəxsin İstanbul Polis İdarəsi tərəfindən saxlanıldığını deyib.

Soylu partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini söyləyib:

“Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

Nazir bildirib ki, yaralılardan 5-i hazırda reanimasiyadadır: “Onlardan ikisinin vəziyyəti ağırdır”.

Türkiyə mediasının yazdığına görə, əməliyyat zamanı 46 nəfər saxlanılıb:

Əhlam Əlbəşir. Foto: Türkiyə Daxili İşlər Nazirliyi

“Şübhəlilərin dindirilməsi zamanı bombanı yerləşdirən qadının Küçükçekmecedəki bir ünvana getdiyi müəyyən edilib. Saat 02.50-də təyin olunmuş ünvanda həyata keçirilən əməliyyatda hadisəni törədən Suriya əsilli Əhlam Əlbəşir tutulub”.

“Əhlam Əlbəşirin dindirilməsi zamanı onun PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi təhsil aldığı və hərəkətə keçmək üçün Afrin-İdlibdən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğu öyrənilib“.

Noyabrın 13-də saat 17 radələrində Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayışda 6 nəfərin öldüyü, 53 yaralının olduğu bildirilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button