2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Türkiyə polisin sıralarındakı 1009 “gizli imamı” həbs etdiyini deyir

Türkiyə hakimiyyəti xəbər verir ki, “ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin adamları olmaqda şübhəli bilinən və məxfi şəkildə ölkə boyunca polisin sıralarına daxil olmuş” mindən çox insanı həbs edib.

Reuters agentliyi bildirir ki, bu Gülen tərəfdarları olduqları güman edilənlərə qarşı son aylarda keçirilmuiş ən böyük əməliyyatdır.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Recep Tayyip Erdoğan keçmiş müttəfiqi Fethullah Güleni onun hakimiyyətini devirməyə yönəlmiş 15 iyul çevriliş cəhdinin arxasında dayanmaqda ittiham edir.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, gecə saatlarında keçirilmiş əməliyyat “bizim polis sıralarımıza soxulmuş “gizli imamları” hədəfləyib.

Nazir bildirib ki, ölkə boyunca 72 vilayətdə keçirilmiş əməliyyat nəticəsində 1009 “gizli imam” həbs olunub.

Ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdindən sonra hakimiyyət orqanları 40 min nəfəri həbs edib və hərbçilər, polislər, müəllimlər və dövlət qulluqçuları da daxil 120 min nəfəri vəzifələrindən kənarlaşdırıb.

Reuters agentliyi diqqəti belə bir məqama çəkir ki, həbslər prezident Erdoğana məhdudiyyətsiz səlahiyyətlər vermiş referendumdan 10 gün sonra yer alıb.

Avropa müşahidəçiləri bu referendumda səsvermənin ciddi pozuntularla keçirildiyini bildiriblər.

Erdoğan düşərgəsi bu referendumda cüzi fərqlə üstünlük qazanıb və təhlilçilər bildirirlər ki, Türkiyə cəmiyyəti ikiyə parçalanıb.

Erdoğan hökuməti iddia edir ki, güclü prezident hakimiyyəti ölkəyə sabitlik gətirilməsi üçün zəruridir.

Türkiyə prezidenti Reuters agentliyinə müsahibəsində deyib ki, “biz silahlı qüvvələrimizin, ədliyyə sisteminin içində və polis sıralarında olan FETÖ üzvlərini təmizləyirik”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button