2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə prezidenti: “Hollandiyanı Srebrenitsa soyqırımından tanıyırıq”

“Biz Hollandiya və hollandiyalıları Srebrenitsa soyqırımında oynadıqları roldan tanıyırıq”.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tibb işçiləri bayramı münasibəti ilə Beştəpədə Millət Qurultayı və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bildirib.

“Onların əxlaqına 8 min bosniyalını qətlə yetirmələrindən bələdik. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağ, onlarınkı isə qaradır” – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Hollandiyadan olan hərbçilər Bosniya-Hersoqovinanın Srebrenitsa bölgəsində BMT-nin sülhməramlılarında xidmət ediblər. Onlar 300 bosniyalı müsəlmanın qətlində ittiham olunublar. Qətliamdan əvvəl 5 min bosniyalı dinc sakin – qadın, uşaq, kişi holland sülhməramlıların qərargahına sığınıb. Ancaq 1995-ci ildə serb hərbçilər qərargahı mühasirəyə alaraq 300 bosniyalı müsəlmanı maşınlara mindirərək naməlum istiqamətə aparıb, qətlə yetiriblər. Həmin hollandiyalı əsgərlər serbiyalı hərbçilərlə əməkdaşlıq etməkdə ittiham olunublar. Hollandiya məhkəməsi rəsmi Amsterdamın qətlə yetirlən 300 bosniyalının ailəsinə təzminat verməsi haqqında qərar çıxarıb.

BMT 1993-cü ildə Srebrenitsanı bosniyalılar üçün təhlükəsiz bölgə elan edib.

Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək soyqırımı törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 20 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib. Bu günə kimi 7 000 cəsəd tapılıb. 1 372 nəfər barəsində heç bir məlumat yoxdur.

BMT Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbul edilməsi müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan sənəd qəbul edilməyib.

Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36 666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni boşnaklar, 9%-ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minə yaxındır. Şəhər əhalisinin qalanı serbdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button