2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Türkiyə referendumu: Avropadakı türklər səsverməyə başlayıblar

A man casts his vote for the Turkish constitution referendum, in the Turkish consulate general in Cologne, Germany, 27 March 2017Fotonun müəllifi
EPA

Saytların yığılması Saytlarin yigilmasi

Image caption

Bir kişi Almaniyanın Köln şəhərində bülleten doldurur.

Altı Avropa ölkəsində yaşayan Türkiyə vətəndaşları beynəlxalq qalmaqala səbəb olan referendumda səsverməyə başlayıblar.

Seçicilər Türkiyənin parlamentar dövlətdən prezident Recep Tayyip Erdoğanın səlahiyyətlərini artıran prezidentlik sisteminə keçid barədə qərar verirlər.

Türkiyədən xaricdə yaşayan üç milyon nəfərin referendumda iştirak etmə hüququ var. Onların yarısına yaxını Almaniyada yaşayır.

Lakin bir çox ölkədə seçki kampaniyası ilə bağlı siyayi aksiyalar qadağan edilib.

Nəticədə Türkiyə və onun Avropa qonşuları arasında mübahisə yaranıb. Prezident Recep Tayyip Erdoğan Niderland və Almaniy hakimiyyətlərini özlərini nasist kimi aparmaqda günahlandırıb.

Bazar günü İsveçrənin Bern şəhərində kürd nümayişçilər daxil olmaqla minlərlə insan “yox” kampaniyasını dəstəkləyən yürüşdə iştirak ediblər.

Türkiyənin Xarici İşlər Nazirliyi isveçrəli diplomatları aksiyaya qarşı hüquqi addımlar atmağa çağırıb. Nazirlik yürüşün Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) tərəfindən təşkil edildiyini iddia edib.

Türkiyə, ABŞ və Avropa İttifaqı (Aİ) PKK-nı rəsmən terrorçu təşkilat elan ediblər, lakin İsveçrə təşkilatı təsnifləşdirməyib.

İki gün əvvəl, İsveçrə hakimiyyəti İsveçrədə yaşayan və Türkiyə hökumətini tənqid edən Türkiyə vətəndaşlarına qarşı kəşfiyyat tədbirləri barədə iddiaları araşdırdığını bildirib.

Qalmaqala baxmayaraq, səsvermə Türkiyənin aeroportlarında, sərhəd keçidlərində və Almaniya, Avstriya, Belçika, Fransa və İsveçrə səfirliklərində bazar ertəsi günü başlayıb.

Almaniyada referendum seçiciləri ikiyə bölüb.

Fotonun müəllifi
EPA

Image caption

Avropada yaşayan 3 milyon türkiyəli seçicilərin demək olar ki, yarısı Almaniyada yaşayır.

Berlində “Yox” kampaniyası üçün vərəqələr paylayan Ayfer Inci-Pekoz, Associated Press (AP) xəbər agentliyinə referendumun onu “qorxutduğunu” deyib.

“Erdoğan qazansa Türkiyədə demokratiya daha da azalacaq”, o, əlavə edib.

Lakin Senol Akkaya Almaniyada bəzi insanların “Hə” tərəfini dəstəklədikləri üçün özlərini “az qala günahkar” hiss etdiklərini deyib.

“Almaniyada indi belə bir təəssürat geniş yayılıb ki, əgər sən Erdoğanın tərəfindəsənsə sən avtomatik olaraq anti-demokratsan”, O AP-ya deyib.

Ercan Yasaroğlu referendumun türk icmasında və türklərlə almanlar arasında gərginlik yaratdığını deyib.

“Demokratiya həmçinin rəqiblərinin rəylərinə tolerantlıq göstərmək deməkdir”, o deyib. “Bununla bağlı son zamanlar biz hamımız uğursuz olmuşuq. Gəlin bir birimzlə paylaşdığımız dəyərləri, insanlığımıza diqqətimizi cəlb edək və körpüləri məhv etmək əvəzinə yenilərini tikək”.

Başqa ölkələrdə səsvermə tezliklə başlayacaq. Seçicilər 57 ölkədə 120 məntəqədə səs verə biləcəklər.

Ölkədən xaricdə səsvermə aprelin 9-u yekunlaşacaq və referendumun əsas hissəsi Türkiyədə apreling 16-sı keçiriləcək.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button