2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə səfiri: Ərdoğan aprelin 25-də Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana gələcək, 26-da isə onun geri qayıtması nəzərdə tutulur.

Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və bir necə dövlət rəsmisinin Azərbaycana səfərinin məqsədi Bakıda keçiriləcək Sivilizasiyalararası Qlobal Forumda iştirak etməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Səfir qeyd edib ki, tədbirdə iştirak üçün Azərbaycana Rəcəb Tayyib Ərdoğanla birlikdə Türkiyənin baş nazirin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək: “Əsas məqsəd tədbirdə iştirak etməkdir. Amma dövlət başçıları hər zaman bu cür çoxtərəfli forumlarda gündəmdəki məsələləri dəyərləndirirlər. R.T.Ərdoğan aprelin 25-də Bakyda gəldikdə cənab Prezident İlham Əliyev tərəfindən də qəbul ediləcək və prezidentlərin görüşü olacaq. Eyni zamanda, nazirlər də həmkarları ilə öz aralarında bütün imkanları dəyərləndirmək fürsətindən istifadə edəcəklər”.

İ.A.Coşqun deyib ki, bu dəfəki səfərlə Azərbaycan və Türkiyə Prezidentlərinin bu il ərzindəki qarşılıqlı ziyarətlərinin sayı 3-cü olacaq. (“Trend”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button