2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Türkiyə səfiri ilə Zakir Həsənov arasındakı görüşün sirri

Türk səfir müdafiə nazirindən nə xahiş edib?

Məlum olduğu kimi, Türkiyənin Azərbaycandakı səfiri ilə müdafiə naziri Zakir Həsənov arasında görüş keçirilib. Məlum görüşlə bağlı 24saat.org-u məlumatlandıran mənbənin bildirdiyinə görə, görüşdə türk səfir Azərbaycan ordusunda Gülənçilərin olma ehtimalı ilə bağlı Türkiyə dövlətinin narahatlığını dilə gətirib və nazirdən bu məsələdə həssasiyyət göstərməsini xahiş edib.
Mənbə Z.Həsənovun bu ehtimalı rədd etdiyini, lakin bununla yanaşı məlum istiqamətdə bütün zəruri addımların atılacağını bildirib.
Məlumat üçün qeyd edək ki, bəzi türk media orqanları Azərbaycan ordusunda türk təlimatçıların çalışdığını, habelə xeyli müddətdir ki, azərbaycanlı kursantların Türkiyədə təhsil aldığını əsas gətirərək Gülənçilik ideyasının onların arasında da yayılmasının mümkünlüyünü iddia edir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button