2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaXəbərlər

Türkiyə şirkətləri Dağlıq Qarabağın bərpasında Bakıya yardım etməyə çalışır

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ bölgəsində müharibənin başlamasının bir illiyini qeyd etdiyi bir vaxt, Bakı regionu yenidən bərpa edəcəyinə söz verib və Türkiyə şirkətləri buna yardım etməyə çalışır.

Enerji ehtiyatları ilə zəngin Azərbaycan ermənilərin nəzarətində olan anklavı geri aldıqdan sonra Dağlıq Qarabağ bölgəsini yenidən bərpa edəcəyinə söz verib. Bakı qələbəni əsasən Ankaranın dəstəyi, xüsusən də Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının köməyi ilə əldə edib.

Türkiyədə Cemal Yanğının Alucon Group kimi inşaat şirkətləri indi burada əhəmiyyətli imkanlar görür. “Düşünürəm ki, bölgəni yenidən qurmaq üçün minimum 15-16 milyard (dollar) büdcə lazımdır. Bu hesablamanı bölgənin ölkənin 20 faizini təşkil etdiyinə əsaslanaraq edirəm. Bölgəni sıfırdan yaşayış sahəsinə çevrilmək üçün infrastruktur, məktəb, xəstəxanalar, sosial qurumlar, mənzillər, idarələr inşa etmək üçün Türkiyə şirkətləri çox əlverişli bir mövqedədir” – deyə, Cemal Yanğın bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Çoxları burada sülhün bərpasını Qafqazın iqtisadi potensialını həyata keçirmək üçün qapıların açılması kimi görür. Xarici Siyasət İnstitutunun prezidenti Hüseyin Bağcı: “İqtisadi baxımdan bu əməkdaşlıq indi daha asan həyata keçirilə bilər, çünki Azərbaycanla Ermənistan arasında heç bir münaqişə yoxdur. Beləliklə, problem həll olunur”.

Keçən il Rusiyanın vasitəçiliyi ilə atəşkəs nəticəsində Yerevan və Bakı arasında döyüşlərə son qoyuldu. Lakin Dağlıq Qarabağ və Yerevanda erməni liderlər bir çox erməninin öz evlərindən didərgin düşdüyünü və Azərbaycan qüvvələri tərəfindən geri alınan ərazilərin ermənilərə məxsus olduğunu iddia edərək, münaqişənin həll edildiyini mübahisələndirir.

Buna baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Ermənistan sərhədinin açılması ilə bağlı Yerevanla danışıqlara hazır olduğunu bildirib.

Türkiyə Ermənistanla ticarətin genişləndirilməsinin Moskva və Ankaranın nüfuz uğrunda mübarizə apardığı regionda Rusiyanın təsirini zəiflətməyin açarı olduğunu bildirir. Bonn Universitetindən siyasi təhlilçi Zaur Qasımov: “Şübhəsiz ki, Türkiyənin Ermənistanla münasibətlərinin inkişafı Rusiyanın Ermənistana təsirinin azalması deməkdir. Lakin digər tərəfdən, Rusiyanın Ermənistan ərazisində dörd mindən çox əsgərdən ibarət böyük hərbi bazası var. Hərbi baza ölkənin paytaxtına yaxındır və hava limanına nəzarət edir.”

Ankara Qafqaz regionunu Türkiyənin tənəzzül edən iqtisadiyyatını inkişaf etdirmək üçün bir imkan olaraq görür. Lakin Ərdoğan belə görünür Rusiyanın özünün təsir dairəsinin bir hissəsi hesab etdiyi bu regionda addımlarını diqqətlə atmalı olacaq.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button