2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə-Suriya sərhədində yeni zəlzələdə 6 nəfər ölüb

Türkiyə və Suriyanın sərhəd regionunda fevralın 20-də baş vermiş yeraltı təkanlar altı nəfərin həyatına son qoyub. İki həftə öncə baş vermiş güclü zəlzələdə ölü sayı isə 47 mini keçib, yüzminlərlə ev dağılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bazar ertəsi 6.4 bal gücündə zəlzələ Türkiyənin Antakya şəhəri yaxınlığında olub, Suriya, Misir və Livanda hiss edilib.

Bundan sonra 90 afterşokun baş verdiyi bildirilir. Məlumatı Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

“Elə bildim, ayağımın altında yer yarılacaq”, –yeddi yaşlı oğlunun əlini tutmuş Muna Əl-Omar deyib. Qadın birinci zəlzələdən sonra evindən çıxmalı olub, Antakyada parkda bir çadırda qalır.

Hatay vilayət valiliyinin binası birinci zəlzələdə ziyan görmüşdü, dünənki zəlzələdə tamamilə dağılıb. Ötən gecə əraziyə altı min əlavə çadır göndərildiyi bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti zəlzələyə ləng reaksiyasına, tikinti siyasətinə görə tənqidlə üzləşib. Maya planlaşdırılan prezident və parlament seçkilərinin təxirə salınma ehtimalı var.

Səhiyyə naziri Fahrettin Koca dünənki zəlzələdə 294 nəfərin xəsarət aldığını, birinci zəlzələdən sonra səhiyyə ocaqlarına yerləşdirilmiş pasiyentlərin evakuasiya olunduğunu deyib.

AFAD 6 fevral zəlzələsindən ölənlərin sayının 41 mini keçdiyini, 385 min mənzilin dağıldığını, yaxud ziyan gördüyünü açıqlayıb.

ABŞ-nin Dövlət katibi Entoni Blinken (Anthony Blinken) bazar ertəsi Türkiyədə deyib ki, Vaşinqton “nə qədər çəkərsə, kömək edəcək”. Dövlət Departamenti ABŞ-nin Türkiyə və Suriyaya humanitar yardımının 185 milyon dollara çatdığını açıqlayıb.

BMT-nin məlumatına görə, zəlzələdən sağ çıxanlar içində Türkiyədə 226 min, Suriyada isə 130 min hamilə qadın var, onların 39 mini gələn ay dünyaya övlad gətirməlidir.

Ancaq indi çoxları şaxtalı havada düşərgələrdə qalır, ərzaq və təmiz suya çıxışı məhduddur.

Suriyada isə 4 min 525 nəfərin zəlzələdən öldüyü bildirilir. Ölüm hallarının çoxu Prezident Bəşər əl-Əsəd hökuməti ilə müharibə edən üsyançıların nəzarətindəki ərazilərdə baş verib.

Suriya hökumətin nəzarətində olan ərazilərdə 1414 nəfərin öldüyünü açıqlayıb.

24 saat” “
Türkiyə-Suriya sərhədində yeni zəlzələdə 6 nəfər ölüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button