2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə Suverenlik və Çocuk bayramını qeyd edir

Bu gün Türkiyədə Böyük Millət Məclisinin açılışının 97-ci ilində 23 Nisan  Milli Suverenlik və Çocuk Bayramı qeyd olunur. Tədbir Ankarada şiddətli qar altında Atatürkün uyuduğu Anıtkabiri ziyarətlə başlayıb və yürüşlə davam edib.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Təhsil Naziri İsmət Yılmaz sayğı duruşu və İstiqlal Marşının oxunmasından sonra uşaqlarla xatirə fotoşəkili çəkdirib və Anıtkabir dəftərinə bu ifadələri yazıb:

“Əziz Atatürk, Türkiyə Böyük Millət Məclisinin 97-ci yaranma ildönümünü qeyd etmək və 23 Nisan Milli Suverenlik və Çocuk Bayramının coşqusunu paylaşmaq üçün uşaqlarla birlikdə hüzurunuzdayıq. Uşaqlara hədiyyə etdiyiniz və hakimiyyətin qeydsiz-şərtsiz millətə verildiyi bu mənalı günü millət olaraq böyük bir qürurla qeyd edirik. Ölkəmizin milli suverenliyinin və müstəqillik mübarizəsinin ən əhəmiyyətli dönüş nöqtələrindən biri olan 23 Nisan Milli Suverenlik və Çocuk Bayramını və təmsil etdiyi bütün dəyərlərini nəsildən-nəslə qürurla  daşıyacağıq. Ruhun şad olsun. ”

 

 

azadliq.info

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button