2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə təyyarəsi Bakıya Ermənistan üzərindən gəlib?


Ermənistanın hava məkanı bütün mülki təyyarələr üçün açıqdır.

Bunu AzadlıqRadiosunun erməni xidmətinə ölkənin Mülki Aviasiya Komitəsindən deyiblər.

Türkiyə və Azərbaycan mediasının yazdığına görə, dekabrın 27-də Türkiyənin Turkish Airlines hava şirkətinə məxsus təyyarənin Bakı- İstanbul reysi Ermənistanın hava məkanından keçməklə reallaşıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Mülki Aviasiya Komitəsinin izahatında deyilir:

“Bu (hava məkanı-red.) hər hansı ayrı-seçkiliyi istisna edən beynəlxalq aviasiya təşkilatlarının qaydaları ilə tənzimlənir. Bu şirkət və bir çox başqa şirkət Ermənistan Respublikasının hava məkanından istifadə edə bilər, bunun üçün qeyri-adi və yeni bir şey yoxdur.”

Amma komitədən dekabrın 27-də Bakı-Ankara xətti ilə uçan Türkiyəyə məxsus təyyarənin Ermənistan səmasından keçməsi ilə bağlı məsələyə konkret cavab verilməyib. 

Komitə yuxarıda göstərilən qaydaların digər üzv dövlətlərdə də tətbiq olunduğunu, bu baxımdan Ermənistan mülki təyyarələrinin lazım olduqda Türkiyə hava sahəsindən də istifadə edə biləcəyini qeyd edir. 

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button