2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə və Azərbaycanın vasitəçilik cəhdləri bir müddət sonra yaxşı nəticələr verə bilər

Turan: Keçən il noyabrın ortalarından bəri Ukrayna məsələsi çərçivəsində Rusiya ilə ABŞ-NATO dozası vaxtaşırı yüksələn gərginliklər yaşanmaqdadır. Proseslərin pərdə  arxasını necə dəyərləndirirsiniz?

Oktay: Rusiya və dövlət başçısı Putin keçmiş SSRİ ərazisində NATO-nun öz sıralarını genişləndirməsinə qarşı çıxır. Bu minvalla Putin  həm  cəmiyyətdəki reytinqinin aşağı düşməməsinə çalışır həm də Ukraynda yeni bir ideoloji hədəf göstərərək Rusiyanın gələcəyini təminat altına alır. Bolqarıstan və Rumıniyanın da NATO-dan çıxmasını  gözləyən Putin, eyni zaman Ukrayna və Gürcüstanın bu sahədəki hədəflərinə qarşı təcavüzkar hərəkət edir. Hətta Lavrov-Blinken görüşündə də Ukraynanın NATO-ya üzv olmaması şərtinin irəli sürüldüyü bildirilir. Putinin və Rusiya Federasiyası dövlətinin Ukrayna xalqını rus millətinin bir hissəsi və Ukrayna dövlətini Rusiyanın bir parçası  kimi görməsinə baxmayaraq, Ukrayna əhalisinin mühüm qismi artıq Ukrayna kimliyindən başqa bir kimlik tanımaq istəmir. Kilsəsini belə Rusiyadan ayıran Ukrayna Qərbə yaxınlaşmaq meylindədir. NATO ilə Rusiyanın arasında Ukrayna ərazisində yaşanan gərginliyin bir anda müharibəyə çevrilmə ehtimalı varkən sülh yaratmaq üçün bir neçə güclü dövlətin  ciddi cəhdlər göstərdiyini görürük. Çin isə Rusiyaya müraciət edərək Ukrayna ilə  müharibəyə qış olimpiadasından sonra başlamağı  xahiş etmişdir. Ukraynanın taleyi Çin olimpiadasıyla bağlıdır. Çünki Ukraynada müharibə gözlənilərkən ABŞ ilə Rusiya razılığa gələ bilər, yeni hədəf  Çin olar və diqqətlər oraya yönələr. Əslində NATO  ilə  Rusiya arasında yaşanan gərginlik Çin məsələsi  ətrafındakı güc nümayişidir.

Turan: Qərb ilə Rusiya arasında gərginlik davam edərkən Qazaxıstanda ciddi çalxantılar oldu. KTTS silahlı  qüvvələri ilk dəfə Qazaxıstana getdi. 6 ölkə əsgərlərinin Qazaxıstana getdikdən qısa müddətdən sonra oradan ayrılmasını necə təhlil  etmişdiniz? Çünki 10 noyabr 2020-ci ildə Azərbaycanın Dağlıq  Qarabağ  bölgəsinə yerləşən Rusiya Federasiyası əsgərlərinin qısa müddətdə çıxacaqlarına dair hər hansı əlamət görünmür. İki hadisə arasındakı fərq nədir?

Saytların yığılması Saytlarin yigilmasi

Oktay: Əslində iki hadisə  arasında  fərq yoxdur ancaq Qarabağ məsələsiylə bağlı  Türkiyəyə və dünyaya səhv məlumatlar verildi. Hər  şeydən əvvəl, Qarabağ  probleminin aradan qalxdığı bildirildi. Halbuki Dağlıq Qarabağda Rusiyanın de-facto işğalıyla üz-üzəyik, bu vəziyyəti bütün kürsülərdən səsləndirərək Qazaxıstanda olduğu kimi Rusiyanın Dağlıq  Qarabağdan da çıxmasına nail olmalıyıq. Laçın dəhliziylə bağlı Zaxarovanın  verdiyi açıqlamalara baxanda İrəvan ilə  Xankəndi arasında kommunikasiyanın qəti şəkildə Rusiyanın nəzarəti  altında qalacağını görürük. Ona görə Rusiya silahlı  qüvvələrinin Qazaxıstandan sonra Dağlıq  Qarabağdan da çıxacağını gözləmək  sadəlövhlük olardı. Rusiya Qazxıstandan Qərbin qurduğu tələ nəticəsində çıxdı ancaq Putin bunun fərqinə  varanda artıq iş işdən keçmişdi. Bizcə, ABŞ və NATO aqressiv hərəkətlər edən Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün 20 yanvarda Qazaxıstanda böyük xaos yaradacaqdı ancaq daha əvvəl hərəkət edərək ölkədə qarışıqlıq yaratdı. Daha sonra Rusiya ona qurulan tələnin fərqinə vararaq yenidən Ukraynaya yönəldi. Bu, Rusiya üçün yaxşı olmadı. Putinin yenidən SSRİ-ni canlandırmaq istədiyini  başa düşən o biri ölkələrdə Rusiyaya qarşı mənfi reaksiyalar oldu.

Turan: Qazaxıstandan sonra Rusiya ilə Ukrayna arasındakı böhranda təzyiq yendiən artdı, Türkiyə  prezidentinin Putin ilə Zelenskini görüşdürmə açıqlamasına Rusiyadan sərt  reaksiya gəldi. Türkiyə bu böhranda nə edə bilər, gücü haraya  qədərdir, nəticəyə təsir göstərə  bilərmi?

Oktay: Bu böhranda Türkiyə vasitəçi olmaq istəyir, Erdoğan bunu tez-tez deyir. Onun bu təklifi Rusiya mətbuatında tənqidlərə məruz qalır. Əslində  Qazaxıstandakı dövlət böhranı Rusiyada tərəddüdlərə səbəb oldu: bir tərəfdən, SSRİ-ni bərpa etmə xəyalına düşən Moskva o biri tərəfdən Rusiya Federasiyasının taleyindən narahat olmağa başladı. Qara dəniz sahilindəki iki qonşusunun müharibəyə başlaması istər-istəməz Türkiyəyə də mənfi təsir göstərəcək. Erdoğan “dostum” dediyi Putinlə münasibətinə xələl  gətirmək istəməməklə yanaşı Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Azərbaycan prezienti İlham Əliyevin də Ukraynaya Rusiya və Türkiyəyə  əvvəlcədən məlumat verərək  getdiyi  deyilir. Ukrayna böhranı bu və ya digər yolla başa çatandan sonra Putinin  yanında Erdoğan və Əliyev bir az etibar qazanacaq ancaq Putinin Rusiyası artıq  mübahisə  mövzusuna çevrildi.

Turan: Rusiya ilə Ukrayna arasındakı problemləri həll etmək üçün Türkiyənin göstərdiyi təşəbbüslər Suriya məsəəsində Türkiyə-Rusiya münasibətlərinə necə  təsir göstərə bilər?

Oktay: Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə problemli nöqtələr də var problemsiz nöqtələr də. İki ölkə arasında Suriya və Liviya məsələlərində  problemlər var. NATO ölkəsi olmasına baxmayaraq, Atlantik İttifaqında Rusiya ilə münasibətlərini yüksək  səviyyəyə  qaldırmağa çalışan yeganə ölkə  də Türkiyədir. Bir çox məsələdə Türkiyə ilə Rusiyanın da razılığa gələ bilmədiklərini görürük. Yəni, yeri gələndə Türkiyənin həm ABŞ-a və NATO-ya  həm də  Rusiyaya “yox” deməsi özəl  bir durumdur və bunu əvvəl-axır ABŞ da Rusiya da qəbul edəcəkdir. Ukrayna böhranından sonra Putinin vəziyyəti ciddi şəkildə müzakirəyə açılanda  Türkiyə bu gün atdığı addımların faydasını görəcək.

Turan: Keçən ilin  noyabrında başqa bir  mühüm hadisə də Türkiyə ilə  Ermənistan arasındakı münasibətlərin normallaşdırılması sahəsində  yaşandı: diplomatik nümayəndələr təyin edildi, yanvarın 14-də Moskvada ilk  görüş keçirildi. Bu proses davam edəcəkmi, yoxsa bir müddət sonra yenə  nəticəsiz başa çatacaqmı? Bir müddət Türkiyəni də həyəcanda saxlayan Zəngəzur dəhlizi barədə Siz nə  düşünürsünüz? 

Oktay: Hər şeydən əvvəl, Zəngəzur dəhlizinin açılmayacağını demək istəyirəm. 10 noyabr 2020-ci  il razılaşma protokolunda bu dəhlizin açılmasına dair qəti bir  maddə yoxdur, 9-cu maddədə deyilir ki, açılsa belə, dəhlizə Rusiya kəşfiyyatının sərhəd xidməti nəzarət edəcək. Türkiyəyə bu məsələ ilə bağlı da səhv məlumat verildi. Bunun  Türkiyə və Azərbaycana nə dərəcədə əlverişli olacağını özünüz düşünün. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması üçün atılan yeni addımların tək nöqteyi-nəzərdən dəyərləndirilməsi düz olmazdı Sərhəd məntəqəsinin bağlamaq üçün Türkiyənin irəli sürdüyü səbəb Azərbaycan torpaqlarının mühüm hissəsinin azad edilməsindən sonra aradan qalxmışdır. Laçın dəhlizi və Dağlıq Qarabağ Rusiya silahlı qüvvələrinin nəzarəti altında ikən Türkiyə-Ermənistan münasibətlərini normallaşdırma cəhdləri Azərbaycana verilən mühüm bir dəstək olacaq. Yoxsa Dağlıq Qarabağ  bölgəsinin vaxt keçdikcə  Ukraynanın Donbass bölgəsinə  çevrilməsi ehtimalı güclənə  bilər. Münasibətlərin normallaşa bilməsi Ermənistan həm öz konstitusiyasında, həm Müstəqillik bəyannaməsində, həm də qanunlarında ciddi dəyişikliklər etməlidir. Azərbaycan da bu prosesdə konstruktiv də rol oynarsa, Türkiyə daha özünə arxayın hərəkət edə biləcək .Ermənistan və erməni diaspora təşkilatları  Türkiyənin əleyhinə  bu günə  qədər yürütdükləri siyasətin səhv olduğunu görüb düşmənçilikdən vaz keçəcək.Yeni həmlə bu nöqtəyə varsa, bölgədə çox şey dəyişə  bilər.

 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button