2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Türkiyə və iranda yoluxmalar rekord həddə çatıb

Türkiyədə yeni yoluxma halları yenidən artmağa başlayıb.

Reütersin məlumatına görə, iyulun 27-də ölkədə 19 761 yeni yoluxma halı qeydə alınıb ki, bu martdan bu yana ən yüksək göstəricidir.

Martda bu göstərici 16 809 nəfər olmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkənin səhiyyə nazirliyi həmçinin gündəlik ölü sayının 51 nəfərə qalxdığını bildirir.

Reüters yazır ki, pandemiyanın yeni dalğası iyulun 4-dən-hakimiyyətin qadağaları qaldırmasından sonra başlayıb.

Həmin vaxt Türkiyədə Covid-ə yoluxma halları minimuma-4 418 nəfərə düşdüyündən, hakimiyyət məhdudiyyətləri qaldırmaq qərarına gəldi.

İranda da yeni yoluxma halları rekord həddə çatıb.

Reütürsin məlumatına görə, iyulun 27-də bu ölkədə 35 min yeni yoluxma halı qeydə alınıb.

Ölkənin səhiyyə nazirliyi xəbərdarlıq edib ki, əhali qaydalara riayət etməsə vəziyyət çətin ki, düzələ.

Nazirlik yeni dalğanın virusun Hindistan ştamm-ı kimi tanınan “Delta” növü ilə bağlı olduğunu deyirlər.

İyulun 27-də İranda virusdan daha 357 ölüm halı qeydə alınıb və bununla ölkədə ölənlərin sayı ümumilikdə 89 479 nəfərə şatıb.

İran-Tehranda maskalı insanlar, 27 iyul, 2021

Hakimiyyət paytaxt Tehran və ölkənin digər yerlərində karantin qaydaları tətbiq edib, əksər hökumət müəssisələri və digər xidmət sahələri bağlanıb.

Rəsmilərin sözlərinə görə, ölkə əhalisinin yarıdan çoxu pandemiya qaydalarına əməl etmir, əhalinin cəmi 40 faizi maska taxır.

Hökumət sosial şəbəkələrdə ölkədə peyvəndləmə prosesinin yaxşı təşkil olunmaması, gecikmələrə görə tənqidlərlə üzləşib.

Reütersin məlumatına görə 83 milyon əhalisi olan İranda indiyədək cəmi 2,5 milyon adam tam peyvənd ala bilib.

Rəsmilərsə bunun səbəbinin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu deyirlər.

24 saat” “Türkiyə və iranda yoluxmalar rekord həddə çatıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button