2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə və İsrail münasibətlərini normallaşdırır

Bakı/18.11.21 Türkiyə və İsrail prezidentləri Recep Tayyip Erdoğan və İsaak Hersoq telefon söhbətində ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsi məlumat verib, xəbəri cümə axşamı “Anadolu” Agentliyi yayıb.

Erdoğan İsrailli həmkarı ilə söhbətində Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli olduğunu bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, həm ikitərəfli, həm də regional məsələlərlə bağlı qarşılıqlı anlayış əldə olunarsa, iki ölkə arasında fikir ayrılıqlarını minimuma endirmək olar. O, regionda sülh, dözümlülük mühitinin və birgə yaşamaq mədəniyyətinin bərpa edilməsinin vacibliyini vurğulayıb. Bunun üçün Fələstin-İsrail əlaqələrinin inkişaf etdirilməsi və tərəflər arasında sülh prosesinin bərpa edilməsi vacibdir.

Erdoğan hesab edir ki, Türkiyə və İsrail arasında əlaqələrin və dialoqun davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur.

Saytların yığılması Saytlarin yigilmasi

İsrail prezidentinin mətbuat xidməti də Erdoğan və Hersoq arasında telefon danışığı haqqında məlumat yayıb. Məlumata əsasən, söhbət İsrail tərəfin təşəbbüsü ilə baş tutub. Danışıqlar müsbət keçib, Erdoğan Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən İsraillə əlaqələrin əhəmiyyətini qeyd edib.

Hersoq öz növbəsində İsrail və Türkiyənin regionda sülhü təmin etmək üçün ikitərəfli və regional mövzularla bağlı hərtərəfli dialoqa başlamasından məmnunluğunu ifadə edib. Dövlət başçıları daimi əlaqələrin davam etdirilməsi zərurətini vurğulayıblar.

Qeyd edək ki, 11 il əvvəl, Ankara fələstinlilərin hüquqlarının müdafiəsi məsələsində İsrailə təzyiq göstərməyə çalışdığı zaman iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşmişdi. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button