2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə və Rusiya rəsmiləri Hələblə bağlı məsələləri müzakirə edəcək

Suriyanın Hələb əyaləti ilə bağlı məsələləri müzakirə etmək üçün Türkiyə və Rusiya rəsmiləri sabah görüşəcək.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, danışıqlara Türkiyə tərəfdən Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının (MİT) məsul əməkdaşları qatılacaq.
Görüşdə Hələbdəki müxaliflərə bağlı qrupların həmin ərazidən çıxması üçün dəhlizin açılması və atəşkəs rejiminin tətbiq edilməsi müzakirə olunacaq.
Rusiya nümayəndələri Hələbin şərqində müxalifətin nəzarəti altında qalan ərazinin 3 kilometrliyində durduqlarını bildirib.
Qeyd edək ki, ötən gün Rusiyanın havadan bombalaması nəticəsində Hələb Bəşşar Əsəd rejiminin nəzarəti altına keçib.
Xatırladaq ki, ötən gün terrorçu İŞİD qruplaşması Suriyanın Palmira şəhərini yenidən işğal edib. Fransa və başqa Qərb dövlətləri qədim şəhərin yenidən terrorçuların əlinə keçməsinə görə Rusiyanı qınayıblar. Bu şəhər 7 ay əvvəl Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button