2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Türkiyə vətəndaşı: “Bakıda 500 min dollarımı mənimsədilər, polis araşdırmadı”

Yayımlandı: 15 Fevral 2023 12:32

DİN sözçüsü deyir ki, məhkəməyə müraciət etməlidir

Türkiyə vətəndaşı Yunus Demirtaş Azərbaycanda dələduzluğa məruz qaldığını və polislərin işi araşdırmadığını iddia edir.

Saytların yığılması Saytlarin yigilmasi

Sahibkar Meydan TV-yə bildirib ki, 2021-ci ildə Azərbaycana köçərək burada iş qurmaq qərarına gəlib.

“Binə” ticarət mərkəzində Ağanur Saatov adlı şəxslə tanış olub.

Həmin şəxs ona şərikli alver təklif edib, Yunus Demirtaş da razılaşıb:

“Ağanuru özümlə İstanbula apardım. On gün ərzində İstanbulun müxtəlif yerlərindən, tanışlarımdan-dostlarımdan 50 min dollarlıq mal aldım. Ağanur da 21 min dollar xərclədi. Bakıya qayıtdıq. “Binə” ticarət mərkəzinin dördüncü sırasındakı 61-ci mağazada alverə başladıq. Kişi geyimləri satırdıq. Üzərindən bir müddət keçəndən sonra getdim ki, mağaza bomboşdur, Ağanur malları da götürüb, qaçıb”.

Şikayətçi deyir ki, həmin an Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib.

Onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə yönləndiriblər:

“Bölməyə gedib, dərdimi danışdım. Ağanuru da bölməyə çağırdılar. O, hər şeyi etiraf etdi. Lakin sonradan polislər həmin adamdan rüşvət alıb, işə baxmadılar”.

Sahibkar deyir ki, Azərbaycanda olduğu müddətdə müxtəlif adamlar tərəfindən aldadılıb.

Dediyinə görə, onun ümumilikdə 500 min dolları mənimsənilib:

“Onlara pullarımı halal edirəm. Amma Ağanurdakı pulu geri alacağam. Çünki onun ucbatından üç gün ac qalmışam. Xırdalanda kirayə qaldığım evdən  “Binə”yə 30 kilometr yolu piyada getmişəm. Yolpulu, çörəkpulu tapa bilmirdim. Türkiyədəki qohumlardan kömək istədim. Onlar təyyarə biletimizi aldılar, Türkiyəyə qayıtdıq. Bunun heyfini ondan alacağam”.

Yunus Demirtaş Prezident Adminstrasiyasında, Daxili İşlər Nazirliyində və Bakı Baş Polis İdarəsində qəbulda olub.

İşinə baxılacağı bildirilsə də, onun problemi hələ də həll olunmayıb:

“Türkiyədə də aidiyyəti qurumlara müraciət etmişəm. “İki dövlət, bir millət” – deyirik. Amma Azərbaycanda qanımı içdilər, məni bir qəpiksiz qoydular. Ağanur polis bölməsində dedi ki, bura mənim torpağımdır, mənim polislərimdir. Sən kimsən? Mənə heç nə edə bilməzsən”.

Ağanur Saatov Meydan TV-yə açıqlamasında qarşı tərəfin iddialarını əsassız adlandırıb:

“Pullar mənim olub. Heç kimi aldatmamışam. Alver etmək üçün bankdan 70 min manat pul götürmüşdüm. Bank dələduza 70 min manat pul verər? Mağazada olan malların hamısı mənimdir”.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Meydan TV-yə bildirib ki, həmin müraciət üzrə müvafiq araşdırma aparılıb.

Müraciət mülki xarakterli məsələ olduğu üçün məhkəməyə verilməsi tövsiyə edilib.

“Bu barədə ona məlumatlar verilib. Digər iddiaları var ki, əssassızdır, şəxsi mülahizələrdir. Əlavə şərhimiz yoxdur”, – DİN əməkdaşı bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button