2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Türkiyə Yunanıstanla qarşıdurmadan ‘hələlik’ geri çəkilib


Türkiyə bildirib ki, Şərqi Aralıq dənizinin mübahisəli sularında bütün neft və qaz axtarışı işlərini dayandıracaq.

Türkiyənin dənizin bu hissəsindəki fəaliyyəti onun qonşusu Yunanıstanla münasibətlərini xeyli gərginləşdirmişdi.

Associated Press agentliyi yazır ki, iyulun 28-də Türkiyə prezidenti Recep Tayyp Erdoğan köməkçilərinə geoloji axtarış işlərini “bir müddət dayandırmaq” tapşırığı verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə CNN Türk kanalına prezidentin sözçüsü İbrahim Kalın danışıb.

Ötən həftə Türkiyə “Oruc Reis” kəşfiyyat gəmisini avqustun 2-dən Yunanıstanın Rodos, Karpatos və Kastellorizo adalarının yaxınlığına göndərmək planlarını açıqlamışdı. Bu adalar Türkiyə sahillərinə daha yaxındır.

Türkiyənin bu bəyanatı təkcə Yunanıstanı yox, həm də Birləşmiş Ştatları və Fransa da daxil Avropa ölkələrini hiddətləndirmişdi.

 

Ankara Afinanın “lüzumsuz yerə hürkdüyünü” deyir

Kalın CNN kanalına deyib ki, Yunanıstan bu bəyanata aşırı reaksiya verib:

“Sanki biz Meis (Kastellorizo) adasını zəbt etmək istəyirmişik”.

Geoloji kəşfiyyat işləri bu kiçik adadan 180 kilometr aralıda yerləşir.

Kalın daha sonra deyib:

“Buna baxmayaraq prezidentimiz deyib ki, “madam danışıqlar gözlənilir, baxaq görək nə olur. Bu işi bir müddət dayandıraq”.

NATO müttəfiqləri olan Türkiyə və Yunanıstan arsında bir müddətdir ki, Şərqi Aralıq dənizində qazma hüququna dair qızğın mübahisə var.

Türkiyə Yunanıstanı onu Egey və Aralıq dənizindəki potensial qaz və neft tapıntısından faydalanmaq haqqından məhrum etmək cəhdlərində günahlandırır.

Ankara iddia edir ki, kommersiya işləri üçün sərhəd Yunanıstan və Türkiyənin torpaq sərhədi boyunca olmalı və Yunanıstana aid adalara bərabər status verilməməlidir.

Afina bildirir ki, Türkiyənin tələbi beynəlxalq qanunlara ziddir.

 

“Strateji geriçəkilmə”

İstanbuldakı Kadır Has Universitetinin beynəlxaılq əlaqələr professoru Serhat Güvenc bu qənaətdədir ki, ABŞ-ın 6-cı Donanması gəmilərinin sözü gedən su ərazisində olması Ankaranın qazma kəşfiyyatına dair qərarının müvəqqəti dayandırılmasına birbaşa təsir edib.

Alim Türkiyənin bu addımını “strateji geriçəkilmə” adlandırır.

ABŞ-ın The Dwight D. Eisenhower təyyarədaşıyan gəmisi iyulun 24-28-i arası burada Yunanıstanla birgə təlimlərdə iştirak edir. Professor Güvenc bu barədə deyib:

“Bu, məsələyə ABŞ-ın qarışması ilə birbaşa bağlıdır, hərçənd bu barədə verilən mesaj yumşaq idi və nə Türkiyəni, nə də Yiunanıstanı hədələmirdi. Amma ABŞ-ın belə güclü və böyük donanma birləşməsinin verdiyi ümumi mesaj belə idi ki, Vaşinqton iki müttəfiqi arasındakı böhranın münaqişəyə çevrilməsinə yol verə bilməz”.

Kalın da vurğulayıb ki, Yunanıstanla ikitərəfli məsələlər dialoq vasitəsilə yoluna qoyulmalıdır və Yunanıstanın Türkiyənin Avropa İttifaqı üzvlüyünə əngəl törədəcəyi ilə hədələməsi yolverilməzdir.

Prezident sözçüsü deyib ki, “hər bir ölkə öz torpaq ərazisində müstəqil çalışmallı, amma mübahisəli sahələrdə birgə işləməlidir”.

Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas Türkiyənin qərarını alqışlayıb. O bildirib ki, son qazma kəşfiyyatı cəhdi “qanunsuz” idi. Sözçü deyib ki, o tərəflər arasında predmetli danışıqların perspektivinə inanır.

Stelios Petsas yada salıb ki, Türkiyə və Yunanıstan arasında dəniz sərhədinin demarkasiyası məsələsi hələ də həllini tapmayıb və bu, münasibətlərin normallaşdırılmasına əngəl törədir.

 

Üç dəfə müharibə təhlükəsi

AP bildirir ki, iki NATO müttəfiqi və iki qonşu arasında 1970-ci illərdən bəri üç dəfə müharibə təhlükəsi baş qaldırıb.

Bunlardan ən ciddisi 1974-cü ildə Türkiyə Kipr adasının şimalını zəbt edəndə olub. Türkiyənin müdaxiləsi adada Yunanıstan tərəfinin uğursuz dövlət çevrilişi ilə bağlı idi. Bu çevriliş cəhdində bulunanlar adanın Yunanıstana birləşdirilməsini istəyirdilər.

Bu ayın əvvəllərində iki ölkə arasında Almaniyanın vasitəçiliyi ilə danışıqlar aparılmışdı.

Bu danışıqlarda Türkiyə prezidentinin sözçüsü Ibrahim Kalın və Yunanıstan baş nazirinin nümayəndələri iştirak edirdilər.

Amma professor Güvencin fikrincə, Almaniya Yunanıstan və Türkiyə arasında mümkün dəniz münaqişəsinin qarşısını ala bilməzdi.

Onun sözlərinə görə, məsələnin müvəqqəti dondurulmasına ABŞ-ın birbaşa müdaxiləsi təsir göstərib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button