2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyədə 800-dən çox adam saxlanıb

Türkiyə polisinin bütün ölkə böyu keçirdiyi reydlər zamanı ilahiyyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda şübhəli bilinən 803 nəfər saxlanıb.

Bu barədə aprelin 26-da “Anadolu” agentliyi Türkiyə prokurorluğuna istinadla xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Agentliyin məlumatına görə, hazırda ölkənin bütün əyalətlərində davam etdirilən əməliyyatlara 8 500 polis cəlb olunub.

Türkiyə hakimiyyəti hazırda ABŞ-da yaşayan Fətullah Güleni 2016-cı il 15 iyul qiyam cəhdinin əsas təşkilatçısı hesab edir və ona qarşı bir sıra ittihamlar irəli sürülüb.

Fətullah Gülen bütün ittihamları rədd edir.

Ankara ABŞ-dan onun verilməsini tələb etsə də Vaşinqtin yetərli dəlillər göstərilməsini istəyir.

15 iyul qiyam cəhdindən sonra Türkiyədə 32 minə yaxın adam həbs olunub, hərbçi, polis, hakim, müəllim və digər dövlət qulluqçuları da daxil olmaqla 100 minə yaxın adam saxlanıb və ya vəzifəsindən kənarlaşdırılıb.

Aprelin 16-dakeçirilən referendumda isə ölkə sakinləri azacıq səs çoxluğu ilə ölkədə parlament sistemindən prezident idarəçiliyinə keçməyə səs veriblər.

Şərhçilər hesab edir ki, prezident Racep Tayyip Erdogan və onun hakim “Ədalət və İnkişaf” partiyası hakimiyyəti bir əldə cəmləşdirməyə çalışır.

Qeyd edək ki, referndumun nəticələri hazırkı prezident Recep Tayyip Erdoğana 2029-cu ilədək öz postunda qalmaq imkanı verir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button