2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Türkiyədə çevrilişə cəhd edənlər üçün “VƏTƏN XAİNLƏRİ QƏBRİSTANLIĞI” salına bilər

İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Kadir Topbaş hərbi çevrilişdə iştirak edərək həyatını itirən şəxslərin “Vətən Xainləri Qəbristanlığında” dəfn olunmasını təklif edib

24saat.org xəbər verir ki, Topbaş İstanbulun Taksim meydanında hələ də davam edən “Demokratiya Növbətçiliyi” aksiyana qatılıb. Bələdiyyə başqanı jurnalistlərə açıqlamasında hamını şoka salacaq cümlələrdən istifadə edərək qeyd edib ki, Şeytanın belə ağlına gəlməyəcək şəkildə insanına silah doğruldan terroristlərlə qarşı-qarşıyayıq. “Bu elə bir hərəkətdir ki, Fetoşizm olaraq tarixə düşəcək. FETO-nun terrorçuları əsgər paltarınından istifadə edərək, əsgər görünüşlü şeytana çevrilərək bu millətin canına qəsd ediblər.
Bura gəlməmişdən əvvəl bir toplantı təşkil etdik. Bunların ölənlərinə Ordu Bələdiyyəsində yer verilməyib. Ailələri aparıb həyətyanı sahələrdə basdırıb. Bu səbəbdən Prezidenti təbrik edirəm.Oradakı çıxışımda da dedim ki, bunları heç qəbristanlıq da  qəbul etməz. “Kimsəsizlər qəbiristanlığında ağzı dualı insanlar var, orada da basdırmaq olmaz”. Bir yer ayıracaqsınız və adını “vətən xainləri qəbiristanlığı” qoyacaqsınız ki, yanından keçənlər lənət oxusun. Yanından hər keçən lənət oxusun və qəbirlərində rahat yata bilməsinlər”. Onsuz da cəhənnəmdən xilas ola bilməzlər. Amma dünyalarını da dar etməyimiz lazımdır “deyə bildirib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button