2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Türkiyədə Cümhuriyyət Bayramıdır

29 oktyabr – Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür.

Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub.
Bayramla əlaqədar Türkiyənin bütün bölgələrində, Şimali Kipr Türk Cümhuriyyətində və xarici ölkələrdəki təmsilçiliklərdə şənliklər təşkil olunur.

Küçə və meydanlar, şəhər, qəsəbə və kənd mərkəzləri, ictimai yerlər bayramsayağı bəzədilib. Ölkənin hər yerində bayram mərasimləri təşkil olunub. Bayram münasibəti ilə ölkə ərazisində bir-birindən fərqli və maraqlı tədbirlər təşkil olunub.

Antalyada milli bayram şərəfinə 600 metrlik dövlət bayrağı meydana çıxarılıb. Yerli əhali ilə bərabər xarici turistlər də böyük coşqu ilə qeyd olunan bayram tədbirlərinə qoşulublar. Rəsmi məlumata görə, bu mərasimə 100 min nəfər qatılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bayram münasibəti ilə ən böyük dövlət tədbiri isə İstanbulda inşa olunan yeni hava limanı – “İstanbul New Airport”un açılış mərasimi olacaq. Yerli vaxtla saat 16:00-da açılışı planlaşdırılan mərasimdə çox sayda xarici dövlət və hökumət başçısı, parlament sədrləri iştirak edəcək. Azərbaycan da bu mərasimdə geniş tərkibli rəsmi heyətlə iştirak edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button