2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Türkiyədə dövlət çevrilişinə cəhddə Amerika izi –John Bass ittihamlara cavab verir

ABŞ-ın Türkiyədəki səfiri John Bass CNN Türkə müsahibə verib. 24saat.org müsahibənin maraqlı olduğunu nəzərə alaraq qısa ixtisarla oxucularına təqdim edir.

 

Hörmətli səfir, Türkiyədə hakimiyyəti ələ almaq üçün ordunun bir qrupunun iyulun 15-də hərəkətə keçdiyi məlumdur. Bu istiqamətdə ABŞ-ın da rol aldığına dair həm mətbuatda, həm də bəzi seqmentlərdə tənqid və ittihamlar var. Nə deyəcəksiniz bu tənqid və ittihamlara?

Saytların yığılması Saytlarin yigilmasi

– Ötən həftəsonu meydana gələn hadisələrin qorxunc travmasını və ağrısını yaşayan hər kəsə əvvəlcə “Başınız sağ olsun və keçmiş olsun” demək istəyirəm. Türkiyənin dostu və müttəfiqi olaraq, bu hadisə bizi dərindən təsir etdi. Türk xalqının acısını paylaşırıq. Bizdən burada olanlarımız, xüsusilə Ankarada olanlarımız və o gecə səfirlikdə olan bir çoxumuz hadisələrin bu ölkənin vətəndaşlarında nə qədər dərin bir narahatlığa səbəb olduğunu bilirik. Türk mətbuatında bu məsələ ilə əlaqədar bəzi şübhələr olduğunu gördüyümüz üçün qəti bir dillə ifadə etmək istəyirəm- Amerika Birləşmiş Ştatları hökuməti devirmək cəhdini yönəltməyib, dəstəkləməyib və bu cəhd reallaşmadan və ya edilməyə başlanana qədər vəziyyətdən xəbərdar olmayıb. ABŞ-da müdrik bir senatorun belə bir sözü var- Görüşlər adamdan adama dəyişə bilər, ancaq gerçəklər adamdan adama dəyişmir. Məni də, bu hadisələrdə ABŞ-ın qondarma rolu haqqında bəzi insanların şərhləri narahat edir. Əlbəttə, bu şəxslərin öz fikirlərinə sahib olma haqqı var, ancaq əllərində dedikləri mövzuya dair heç bir gerçək fakt yoxdur.

Türkiyə Milli Kəşfiyyat İdarəsində ordu daxilindəki məlum hərəkətliliyin olduğuna dair saat 16.00-da kəşfiyyat məlumatı əldə edib. ABŞ-ın əlində hər hansı bir şəkildə saat 16:00-da, 17:00-da və ya bundan əvvəl ordudakı hərəkətlənmə haqqında kəşfiyyat informasiyası olubmu?

– Açığını deyim ki, ordudakı zərbə cəhdi və ya bu istiqamətdəki planlar haqqında ilk dəfə məlumatlı olduğumuz an mən və yoldaşlarımın şəhər mərkəzinin üzərində alçaq hündürlükdə uçuş edən təyyarələri və şəhərin müxtəlif yerlərində atəş açan vertolyotları gördüyümüz an idi. Belə şeylərin olacağına dair əvvəlcədən hər hansı bir məlumat və ya əlamətə malik deyildik və qətiyyən bir müddət nə olduğunu anlaya bilmədim. Dərhal səfirliyə yollanma səbəblərindən biri Vaşinqtonla danışmaq və onlara əlimizdən gələn qədər dolğun məlumatlar çatdırmaq idi. 15 iyul gecəsi təxminən 11:30 və 11:45 radələrində Ağ Evlə danışırdım və səfirlik ətrafından keçən və yaxud bölgədə atəş açan tankların səsini dinləyirdim. Başqa sözlə, bir hərbi hərəkətliliklə bağlı durumun yaşandığını Vaşinqtona çatdıra bildik. Eyni zamanda Türkiyə hökumətindən səlahiyyətli olan şəxslərlə təmas qurmağa çalışdıq. Qanunsuz bir cəhd olduğunu anladıq. Bu cəhdi sürətli şəkildə rədd etdik və hazırda bu prosesi qınamaqda davam edirik.

Türkiyədə ciddi bir köşə yazarı “Amerika Ərdoğanı öldürməyə çalışdı” ifadəsi işlədib. Biz bunu Türkiyə olaraq bilirik. Marmaris iki vertolyot hərəkət etdiyini və hədəflərinin prezident olduğunu bilirik. Bu iddiaya cavab verəcəksinizmi?

– Bu iddianın son dərəcə əsassız və çirkin olduğunu, heç bir rəsmi məlumatla dəstəklənmədiyini düşünürəm. Bir daha qeyd edəsi olsam Amerikada bu zərbə cəhdinə dair əvvəldən informasiya yox idi. Amerika bu hadisəni idarə etmədi və dəstəkləmədi. Açığı, əvvəlcədən məlumatımız olsaydı bu təşəbbüsü dəstəkləməz, bu informasiyanı Türkiyənin demokratik yolla seçilən hökumətinə təqdim etmək xaricində addım atmazdıq. Bu səbəblə bir NATO müttəfiqində seçilmiş lideri devirmək heç bir şəkildə ABŞ-ın mənfəətlinə olacağı iddialar qəbul edilməzdir.

Amerika mediasında bəzi yazılı analizlər ortaya çıxır. Məsələn, Robert Fikin analizindı “təhlükə keçmədi, yenə ola bilər” kimi yanaşma ortaya qoyuldu. Maraqlıdır, bunlar Amerika dövlətinin məlumatı daxilində aparılan analizlərdir, yoxsa dövlətlə heç bir əlaqəsi yoxdur?

– Açığını deyim ki, buna bənzər sözləri az əvvəl bəhs etdiyimiz kimi Türkiyə mediasında da rast gəlindi. Yəni bunları eyni kateqoriyadan olan sözlər kimi qiymətləndirirəm. Görüşlər adamdan adama dəyişə bilər, ancaq gerçəkliklər adamdan adama dəyişməz. ABŞ-da heç bir dəlilə və fakta söykənməyən mövzularda spekulyasiyalar edən şərhçilərin olduğu doğrudur. Bu, azad bir mətbuatın olduğu cəmiyyətlərdə anlaşılan vəziyyətdir. İnsanlar inandıqları şeyləri söyləməkdə və ya fərziyyələrini ifadə etməkdə sərbəstdirlər. Vaşinqtonda göründüyü kimi fikirlərini ortaya qoyan şəxslər oldu. Ancaq bu fikirlərin, yanaşmaların Amerika hökumətinin mövqeyi ilə əlaqəsi əsla yoxdur və rəsmi yanaşmanı özündə əks etdirmir.

İşin bir tərəfi də Fətullah Güləndir. Türkiyə Hökuməti Gülənlə bağlı dörd material toplusunu ABŞ-a göndərib. Bu məsələnin rəsmi tərəfidir. Bunları bir kənara qoyaraq soruşmaq istərdim, ABŞ Fətullah Güləni qoruyurmu, himayə edirmi, Güləni Ankaraya təslim etmək bu qədərmi çətindir ?

– ABŞ hökuməti olaraq nə Fətullah Gülən, nə də onun qrupu ilə işləmirik, birbaşa əlaqə və ya təmasımız əsla yoxdur. Gülənin Ankaraya qaytarma məsələsinə gəlincə Türkiyə hökumətinin bu gün Amerika hökumətindən ekstradisiya tələbi irəli sürdüyünə dair xəbər var. Mən şəxsən bu tələbi görmədim və sənədlə tanış deyiləm. Bu sənədlər əlimizə çatdıqdan sonra Ədalət Nazirliyimizdəki hüquq mütəxəssisləri tərəfindən təqdim edilən fakt və dəlillər qiymətləndiriləcək. Bu sənədlərdə ciddi və danılmaz dəlillər olacaqsa, ona uyğun şəkildə hərəkət ediləcək. İndi Türkiyədə yaşayan biri olaraq cümə gecəsi yaşananlar və Gülənin çox sayda dəstəkçisinin bu işə qarışması, bu ölkənin təhlükəsizliyi istiqamətində qüvvətli və dəhşətli bir təhdiddir. Bu mövzunun istintaqı ədalətin qarşısına gətirilməsi üçün ciddi bir qanuni müddət tələb edir. Ancaq bu proses burada və ya Amerikada olsun, hüquq qaydaları çərçivəsində və məhkəmə daxil demokratik təşkilatların hamısına hörmət ediləcək şəkildə işlənməsinin əhəmiyyətli olacağını düşünürəm. Mən Türkiyə hökumətinin Amerikaya təqdim etdiyi döşyanı görməmişəm. Odur ki, bir şərh verə bilmərəm. Bunu söyləmək istəyirəm ki, məhkəmə istintaqı açıla, qanunsuz fəaliyyətlə əlaqədar bir dəlilin olub-olmadığı araşdırıla bilər. Və təqdim edilən iddialar güclü faktlara söykənərsə, əminəm ki, buna uyğun bir şəkildə hərəkət edəcəyik.

Baş nazir Binəli İldırım “11 sentyabrda qoşa qüllələrə zərbə endirən terroristləri tələb edərkən siz dəlillər istəyirdinizmi, indi bizdən dəlillər tələb edirsiniz” ifadəsinə cavabınız nədir?

– Baş nazirin sözləri ilə tanış deyiləm. Bu səbəbdən konkret bir söz deyə bilmərəm. Lakin 11 sentyabrda Nyu-Yorkda qorxunc faciədən sonra bizim dəlil axtarıb-aramadığımız haqda cavabım budur, bəli, bu cəhdlərin bir parçası olduğunu təsbit etdiyimiz, lakin hadisə günü orada olmayan şəxslərə qarşı məhkəmə istintaqı başlatdıq və bunların böyük bir qismi məhkəmə davası nəticəsində ABŞ-da həbs cəzası çəkirlər. Odur ki, siz dediyiniz məsələdə ikili standartların tətbiq edildiyini düşünmürəm. Biz sadəcə qanunların tətbiqində ardıcıl olmağa diqqət göstəririk, çünki ədaləti təmini üçün demokratiyaya hər kəsin inamının tam olmasının böyük əhəmiyyət daşıdığına inanırıq.

Siz Ankarada bir müddətdir ki, yaşayırsınız. 15 iyul gecəsi qorxdunuzmu, sabah necə olacaq və demokratiya mövzusunda nə hiss etdiniz həmin gecə?

– Bu mənim şahid olduğum ilk çevriliş cəhdi, zərbə hadisəsi deyil. 2008-2009-cu illərdə Bağdadda yaşamışam. Bu illər ərzində çox şiddətli hadisələrə şahid oldum. Bu səbəbdən təbii ki, səfirlikdə həmkarlarım kimi məlumat almaq istəyərkən şəhərdə baş verənlərdən qorxduq. Hiss etdiyimiz şey həm öz təhlükəsizliyimizlə bağlı narahatlıq, həm də bu ölkədəki demokratik quruluşla əlaqədar inamsızlığın gətirdiyi qorxunun bir qarışığı idi. Əgər bu mövzuda hər hansı şübhə qalırsa, bir daha ifadə etmək istəyirəm. Demokratik yolla seçilmiş hökumətin rəhbərliyi altında bu ölkəni müdafiə və təhlükəsizliyi təmin etmək üzrə and içmiş insanların ordudakı əmr zənciri kənarında pozuntu yolunu seçməsindən və demokratik yolla seçilmiş hökuməti devirmək təşəbbüsündən çox ciddi narahatlıq keçirdik. Bu bir amerikalı olaraq bizim inandığımıza zidd bir addımdır.

se1

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button