2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Türkiyədə həbs edilən ”Lotu Quli” Azərbaycana verilə bilər

Türkiyədə saxlanılan Nadir Səlifovun nədə ittiham olunduğu açıqlanmır

Oktyabrın 8-də İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmış Nadir Səlifov (kriminal aləmdə “lotu Quli” kimi tanınır) Azərbaycana verilə bilər.
Türkiyə mətbuatının yazdığına görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra N.Səlifov Azərbaycana veriləcək.

Polisin və Türkiyə KİV-in məlumatlarında N.Səlifovun adı Azərbaycan mafiyasının lideri kimi çəkilir, lakin ona qarşı hər hansı ittihamların sürülməsi ilə bağlı açıqlama verilmir.

“Habertürk” agentliyinin polisə istinadən yaydığı məlumata görə, 2016-cı ildə “kriminal avtoritet” Rövşən Lənkəranskinin qətlinə N.Səlifovun da bağlılığı var.

Saytların yığılması Saytlarin yigilmasi

Ağır cinayətə görə məhkum edilmiş N.Səlifov bir il öncə gözlənilmədən şərti olaraq azadlığa buraxıldı və Bakıdan Türkiyəyə getdi.

Hakimiyyətin bu hərəkətinin səbəbləri ilə bağlı açıqlama verilmədi. Eyni zamanda Rusiya mənbələrinin məlumatına görə, Moskvada bazarların əksəriyyətini öz nəzarətində saxlayan yaraqlı-reket qrupuna rəhbərlik edən N.Salifov Rusiyada çoxsaylı sahibkardan pul tələb etməkdə davam edib.

Azərbaycan XİN hələlik N.Salifovun saxlanmasını və Azərbaycana ekstradisiyasının mümkünlüyünü şərh etməyib.

“Turan” İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button