2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyədə körpəyə baxan nənəyə maaş ayrıldı, bizdə isə…

 

Türkiyə gənc ailələrin sosial müdafiəsi məqsədi ilə maraqlı bir layihəyə başlayıb. Ailədə çalışan gənc anaya dəstək məqsədi ilə körpəyə baxan nənəyə dövlət tərəfindən 400 lirə maaş ayrılacaq. Nənələr bu maaşı körpənin 3 yaşı olana qədər ala biləcəklər. Əmək Nazirliyinin İstanbul Sənaye Palatası ilə birlikdə həyata keçirdiyi  layihə üçün pilot şəhərlər olaraq əvvəlcə Bursa və İstanbul seçilib. Uğur  qazanacağı halda, layihənin sentyabr ayından etibarən bütün ölkədə tətbiq ediləcəyi planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda isə gənc ailələr “uşaqpulu” xəyalı ilə çoxdan vidalaşıb. Ölkədə hər  doğulan uşağa görə yalnız birdəfəlik 75 manat verilir və  məsələ onunla da bitir. O pulun nəyə yarayacağını anlatmaq da ağır məsələdir. Səlahiyyətli şəxslər sovet dövründən qalan uşaqpulunun ləğv olunması məsələsinin imkansız ailələrə sosial yardım verilməsi ilə kompensasiya edildiyini deyirlər. Amma indiyə qədər ölkədəki imkansız ailələrin az bir hissəsini əhatə edən sosial yardım layihəsinin yaxın zamanda tamamilə dayandırılacağı da rəsmən açıqlanıb. Bu gün dünyanın çox az ölkəsi tapılar ki, orada gənc ailələrə uşaqpulu olaraq  xüsusi müavinət ayrılmasın. Məsələn, Britaniyada uşaqlara hökumət ayda təxminən 150 funt sterlinq pul ayırır. Doğum zamanı verilən birdəfəlik müavinət isə 500 funt sterlinqdən yüksəkdir. Almaniyada 3 yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Fransada hələ uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşaq gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşaq gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollardır. İsrail dövləti də birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Keçmiş sovet məkanında da uşaqlı ailələr bu imkandan yetərincə faydalanır. Rusiyada birdəfəlik uşaqpulunun məbləği 400 dollardan artıqdır. Hökumət hər bir uşağa 18 yaşınadək müavinət verir. Ukraynada birinci uşağa görə ödənilən məbləğ 1800 dollardır ki, ailədəki uşaqların sayı artdıqca müavinətin məbləği də 2 dəfə artır.

İlin əvvəlində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən belə bir açıqlama yayılmışdı ki: “”Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququ olduqda 1 yaşınadək uşağı olan aztəminatlı ailələr müavinət ala bilər. 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər.” 2016-cı ilin əvvəlinə olan məlumat əsasında 8984 nəfər 5-dən çox uşağı olan qadının müavinət aldığını bildirən Komitə, 1 yaşadək uşağı olan 5623 ailəyə də müavinət verildiyini bildirmişdi. Məlumatda həqiqət payının neçə faiz olduğunu demək çətindir. Çünki çevrədə hamımız saysız gənc ailələrin maddi problemlər üzündən sadəcə 1 uşaqla kifayətləndiyinin şahidiyik. Lap tutaq ki, 5 uşağı olan ailədə hər uşaq üçün 30 manat yardım verilir. O 30 manatla bir uşağın aylıq xərcləri necə qarşılana bilər ki?

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button