2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədə müxalif partiya lideri Səlahəddin Dəmirtaş həbs olundu

Dünən gecə saatlarında Diyarbəkirdəki evində saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş bu gün vəkili ilə birlikdə məhkəməyə çıxarılıb.

“Hurriyet”in verdiyi məlumata görə, prokuror HDP lideri barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Diyarbəkir 2-ci Sülh Cəza Məhkəməsi Dəmirtaş haqqında həbs qərarı verib.

Ankarada saxlanılan HDP-nin həmsədri Figen Yüksəkdağ da Diyarbəkirə gətirilib. Məhkəmə onun haqqında da həbs qərarı verib.

Saytların yığılması Saytlarin yigilmasi

Partiyanın tutulan digər millət vəkilləri arasında İdris Baluken, Nursel Aydoğan, Leyla Birlik və Gülsel Yıldırım var.

Millət vəkilləri Ziya Pir, İmam Taşçıer, Sırrı Süreyya isə sərbəst buraxılsa da, polisin nəzarəti altında olacaqlar.(qafqazinfo)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button