2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədə polislərə iriçaplı silahlar veriləcək

Türkiyədə polislər iriçaplı silahlarla təchiz ediləcək.

“Milliyet” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala “TGRT Haber”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyədə əvvəllər də polislərdə iriçaplı silahlar olub: “Ancaq 1997-ci il fevralın 28-də belə silahları polislərdən yığdılar. Sanki ölkədə 1980-ci il 12 sentyabr, 1971-ci il 12 mart, 1960-cı il 27 may dövlət çevrilişləri olmayıb?! Ona görə də etimad göstərilməyən şəxslərin heç bir şey edə bilməməsi üçün köklü dəyişikliklər aparılmalıdır. Bu qüvvələrin Türkiyəyə zərər verməməsi üçün gücü balanslaşdırmaq lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir həmçinin deyib ki, Türkiyə Jandarma Komandanlığı və Sahil Mühafizə Xidməti Daxili İşlər Nazirliyinin tabeliyinə keçəcək: “Artıq bu qurumlarda təltif və təyinatlar sərəncamla olacaq, yəni Ali Hərbi Şuranın (YAŞ) asılılığından çıxacaq”. (“Report”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button