2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Türkiyədə prezidentin təhqiri qanunu ‘dəyişdirilsin’

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün – oktyabrın 19-da verdiyi qərarda Türkiyəni prezidentin təhqir olunmasına görə cəza nəzərdə tutan qanunu dəyişdirməyə çağırır. Bu qanun çərçivəsində indiyədək onminlərlə insan təqib olunub. Məhkəmə bir kişinin saxlanmasının ifadə azadlığını pozması qənaətinə gəlib.

İfadə azadlığının pozulması

Vedat Sorli 2017-ci ildə 11 ay şərti cəzaya məhkum edilib. O, Prezident Receb Tayyib Ərdoğanın karikatura və fotosunu Facebook-da satirik və tənqidi şərhlərlə paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

AİHM bildirir ki, Sorlinin saxlanması, barəsində həbs qətimkan tədbiri və kriminal sanksiya tətbiqinə əsas olmayıb.

Məhkəmə Sorliyə qarşı kriminal prosedurların “ifadə azadlığına uyğun olmadığını” bildirib.

“Reuters” yazır ki, Ərdoğanın baş nazir postundan prezidentliyə keçməsindən bəri yeddi il ərzində minlərlə adam onu təhqir etməyə görə mühakimə olunub, təqsirli bilinib.

160 mindən çox təhqiqat

2020-ci ildə bu ittihamlar 31 mindən çox təhqiqat başladılıb, 7 min 790 iş məhkəməyə verilib, 3 min 325-i hökmlə nəticələnib.

Ərdoğan 2014-cü ildə prezident postuna keçəndən onun təhqir olunması maddəsi ilə 160 mindən çox təhqiqat aparılıb, 35 min 500 iş məhkəməyə verilib, 13 minə yaxın məhkumluq hökmü çıxarılıb.

Bu ilin əvvəlində kürdpərəst siyasətçi Səlahəddin Dəmirtaş Ərdoğanı təhqir etməyə görə 3 il yarım həbsə məhkum edilib. Bu həmin ittiham üzrə ən uzunmüddətli cəza hesab olunur.

AİHM bildirir ki, Türkiyədə prezidentin təhqir olunması haqda qanun dövlət başçısına informasiya yayımında imtiyazlı status verir. Məhkəmənin rəyinə görə, qanun dəyişdirilməli, adamların hakimiyyətin müdaxiləsi olmadan fikir bildirmək, ideya vermək hüququ təmin olunmalıdır.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button