2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədə qadın hüquqları fəalları əfqanıstanlı qadınlara dəstək bildirib, Talibanı qınayıb

Türkiyədə qadınlar Əfqanıstan qadınları ilə həmrəyliklərini nümayiş etdirmək və Talibanın qadınlara münasibətini pisləmək üçün İstanbuldakı Əfqanıstan konsulluğunun qarşısına toplaşıb.

Türkiyənin qadın etirazçıları əfqanıstanlı qadınlara həmrəylik nümayiş etdirmək üçün Əfqanıstan konsulluğunun yerləşdiyi binanın qarşısına “Qadınlar sivil dünyada yaşamalıdır” sözləri yazılmış bənövşəyi çələng qoyub.

Mitinqdə iştirak edən bir neçə qadın haqları təşkilatı üzvləri əfqanıstanlı qadınların mübarizəsinin türk qadınlarının mübarizəsinə bənzədiyini deyib. “Qadın Cinayətlərini Dayandıracağıq” təşkilatından Fidan Ataselim “Dünyanın hər yerində qadınların yaşadığı çətinliklər, qadınların, LGBTQ+ fərdlərin və Əfqanıstanda yaşayan insanların təqib edilməsi bizdən uzaqda deyil və bizi birbaşa maraqlandırır.”

Saytların yığılması Saytlarin yigilmasi

Çıxış edənlər Talibanla görüşmək istədiyini ifadə etdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da qınayıb. Mələk Öndər “Taliban iyirmi il əvvəl olduğu kimi qala bilər, lakin Əfqanıstan qadınları iyirmi il əvvəlki kimi deyil. Qadınlar indi orada hərəkata çağırışlar edir; etiraz etməyə çalışırlar.”

Etirazçılar qadın müqavimətinin sərhəd tanımadığını və türk qadınlarının müstəqillik uğrunda mübarizələrində Əfqanıstan qadınlarını dəstəklədiklərini iddia edib. Qadınlar Assmbleyanının üzvü Esin İzel Uysal “Günlərdir Əfqanıstanda baş verənləri izləyirik. Əfqanıstan qadınlarının nələr yaşadıqlarını və nələrlə mübarizə aparmaq məcburiyyətində qaldıqlarını görürük. Bu gün Əfqanıstan konsulluğunun qarşısına Əfqanıstandakı qadınlara heç vaxt tək olmadıqlarını çatdırmaq üçün toplaşmışıq.”

Taliban hökuməti qadınların hüquqlarının İslam Şəriət Qanunları çərçivəsində olacağını və bu çərçivədə çalışıb təhsil ala biləcəklərini deyib. Lakin bir çox qadın Talibandan qorxur və azadlıqlarının tezliklə əllərindən alınacağından narahat olaraq, bu qrupa etimad göstərmir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button