2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Türkiyədə “Twitter” təqibləri

Sosial şəbəkədə yazanlar polisə çağırılır, xəbərdarlıq edilir

Türkiyədə dövlətin tikintiyə nəzarətinin zəifliyi, bu səbəbdən də zəlzələdə həddən artıq dağıntı və ölüm hadisəsinin olması ilə bağlı sosial şəbəkələrdə paylaşım edənlər polis bölmələrinə çağırılır, yaxud saxlanılır.

Feyyaz Yiğit adlı bir “Twitter” istifadəçisi: “Duyğularımı həbsə girməyəcək şəkildə ifadə edə bilmirəm”, – yazıb. Özgün Emre Koç adlı istifadəçi də postuna görə ifadə verilməyə çağırılanlardandır: “Məni “Vatan” polisinə ifadə verməyə aparırlar”, – o yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

İrəm adlı daha bir sosial şəbəkə istifadəçisi yazdığı tvitlərə görə saxlanılan dostuna vəkil gəzir. “Twitter” paylaşımlarından aydın olur ki, yazdıqlarına görə dindirilməyə çağırılan şəxslərin sayı artır.

“Xalqı kin və düşmənçiliyə çağırış” iddiası

Onun yazdıqlarına görə çağırıldığını dostu Mehmet Emin Kurnaz da təsdiqləyib. Bildirib ki, Özgünü zəlzələ bölgəsi ilə bağlı yazdığı “tvit”lərə görə “xalqı kin və düşmənçiliyə çağırış” iddiasıyla saxlayıblar:

“Yarın “Kartal” Məhkəməsində müstəntiqə ifadə verəcək. “Dövlət haradadır?” deyirdiniz, buyrun, buradadır”.

“Hamınızı yazırıq dəftərə, gün gələndə açacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edərək bildirib ki, bu tarixi fəlakətin öhdəsindən gəlməyə çalışdıqca, yalan xəbərlər və təhriflərlə insanları bir-birinə düşmən etməyə çalışanlar var:

“Biz onları yaxından izləyirik, lakin gün onlarla dava günü deyil. Həmin gün gəldiyində indiki qeyd dəftərimizi açacağıq”.

Ərdoğan qeyd edib ki, hazırda da müstəntiqlər bütün insanlıqdan kənar yöntəmlərlə sosial xaos yaratmağa çalışanları tapır, onlarla bağlı lazımi işləri görürlər.

“Tənqidlər daha çox zəlzələdən əziyyət çəkənlərə çətinlik yaradır”

Türkiyənin daxili işlər naziri Süleyman Soylu da fevralın 8-də çıxışı zamanı bildirib ki, hazırda “yağmalama”, “doğru iş qurmama” və s. ilə bağlı tənqid edənlər var, lakin gün o gün deyil:

“Bu etdikləriniz bizə yox, daha çox zəlzələdən əziyyət çəkənlərə mənfi təsir edir. Yəni biz hazırda bölgəyə fokuslanmışıq və çalışırıq insanlara kömək edək. Bu iddialar yalnız onların zərərinədir”.

Süleyman Soylu. Mənbə: “cumhuriyet.com.tr”

“Çıxdı vətəndaşı təhdid etdi, “sizinlə sonra hesablaşacağıq” dedi”

Polis tərəfindən saxlanılan Özgün Emre Koç “Twitter” postunda belə yazıb:
“Çıxdı vətəndaşı təhdid etdi. “Sizinlə sonra hesablaşacağıq” dedi. “tvit” atanla hesablaşır. Podratçı şirkətlərə qanunsuz tikinti izni verənlə, insanların ölümünə səbəb olanlarla yox, “tvit” atanla hesablaşmak istəyir”.

O, son postunda sərbəst buraxıldığını bildirib.

Qeyd edib ki, hökumət sağ olsun, belə bir zamanda məni bir gecə qonaq etdi: “Dəstək olan hamıya təşəkkür edirəm. Mən və ya başqaları, milyonlarca insan həqiqəti söyləməyə davam edəcəyik. Lakin biz də bunu dəftərə yazdıq”.

Özgün Emre Koç. Foto: Twitter

“Ya hamımızı həbs edin, ya da saxladığınız gəncləri buraxın”

CHP- sədri Kemal Kılıçdaroğlu da “tvit”  ataraq bildirib ki, ya hamımızı həbs edin, ya da gecədən bəri saxladığınız gəncləri, jurnalistləri buraxın: “Hələ çox işimiz var”.

“Twitter”ə giriş qapadıldı

Beləliklə, fevralın 8-də Türkiyə “Twitter”ə giriş bloklanıb.

Hazırda bu ölkədə yalnız “VPN” dəstəyi ilə “Twitter”ə girmək mümkündür.

Bunu tənqid edən “İYİ Parti” sədri Meral Akşener bildirib ki, zəlzələdən əziyyət çəkənlərin ehtiyaclarının elan edilməsi üçün əlaqə vasitəsi olan bir şəbəkəni necə bağlamaq olar?

“Bu qədər həyati önəmə sahibkən, necə olur bu qadağanı həyata keçirirsiniz? Bu, necə bir pislik, necə vicdansızlıqdır? Siz nədən, kimdən qorxursunuz? Lənət olsun”.

Zəlzələnin ilk günlərində dağıntılar altında qalmış insanlar “Twitter” vasitəsilə ünvanlarını, harada olduqlarını yazır, kömək istəyirdilər.

Meral Akşener. Foto: “dailysabah.com”

“Açıq deyirəm: siz xalq düşməni, qatillərsiniz!”

Solçu aktyor Barış Atay da “Twitter”in belə bir zamanda qapadılmasını doğru hesab etməyib.

Bildirib ki, insanların harada olduqlarını, nəyə ehtiyaclarının olduğunu söyləyə bildikləri tək yer harada olduqlarını, nəyə ehtiyac duyduqlarını bildirdikləri tək yer “Twitter” idi:

“Ərdoğan bunu Rabitə Nazirliyinin əli ilə qapatdı. Baxın, açıq deyirəm: siz xalq düşməni, qatillərsiniz! Hər biriniz mühakimə ediləcək və bu etdiklərinizin hesabını verəcəksiniz”.

Barış Atay. Foto: “Twitter”

“Yeri deyil, düşməni sevindirmək olmaz”

2020-ci ildə Azərbaycan da eyni siyasətə əl atmışdı.

Sentyabrda Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində başlayan və 44 gün sürən döyüşlər zamanı ölkə ərazisində interneti bloklamışdı.

Yalnız “VPN”dən istifadə edənlərin internetə girişi var idi.

Eyni zamanda, həmin vaxt orduda yeyinti, müharibə cinayətləri barədə yazanlar, tənqid edənlər polis bölmələrinə çağırılır, onlarla söhbətlər aparılırdı.

Ən yayğın olan sloqan isə bu idi: “İndi bunun yeri deyil, düşməni sevindirmək olmaz”.

Hətta müharibə zamanı savaşı dəstəkləməyənlər, “no war” həştəqi ilə fikirlərini ifadə edənlər, müharibədə “qazanan tərəf yoxdur, dayandırın” deyənlər də qınanır, sosial şəbəkələrdə linç edilirdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button