2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Türkiyədə zəlzələdə ölənlərin sayı artıb

Yayımlandı: 14 Fevral 2023 11:47

10 əyalətdə 41 min 791 binanın dağıldığı bildirilir

Fevralın 14-də açıqlanan son rəsmi məlumata görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 31 min 643 nəfərə yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Ölüm sayının yaxın günlərdə artacağı gözlənilir.

“Medyascope TV” yazır ki, Kahramanmaraş mərkəzində axtarış-xilasetmə işləri hazırda ərazinin dağıntılardan təmizlənməsi ilə əvəzlənib.

Sayt qeyd edir ki, dağıntıları qazan mədənçilər ancaq ölü insan cəsədləri ilə qarşılaşırlar.

Malatya Valiliyi zəlzələdə 1346 nəfərin həyatını itirdiyini, 6962 nəfərin isə yaralandığını açıqlayıb.

Açıqlamada bildirilir ki, şəhərdə 1154 bina dağılıb, 7 min 129 bina isə qəzalı vəziyyətdədir.

Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum zəlzələdən təsirlənən 10 əyalətdə 41 min 791 binanın dağılmasının, dərhal sökülməsinin və ya ciddi şəkildə zədələnməsinin müəyyən edildiyini bildirib.

“Biz bir həftə ərzində zərərin qiymətləndirilməsini başa çatdırmağı planlaşdırırıq”, – qurumdan bildiriblər.

Onun sözlərinə görə, ağır dağıntılar olan və qəzalı vəziyyətdəki binalar söküləcək:

“Vətəndaşlar AFAD-ın koordinasiyası istisna olmaqla, evlərindən əşya götürməsinlər. Ayın sonuna kimi tikinti işlərinə başlayacağıq”.

Kahramanmaras. Foto: Reuters

Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında yazıb ki, zəlzələ bölgəsində yaşayan 2 min 896 hamilə qadın, 3 min 943 hamilə qadın və 9 min 685 körpə var.

Ailə və sosial xidmətlər naziri Derya Yanık bildirib ki, zəlzələdən sonra sosial xidmətin himayəsi altına alınan 291 uşağın şəxsiyyəti hələlik müəyyən edilə bilməyib.

Nazir deyib ki, hazırda onlarda qeydiyyatda olan 1362 uşaq var.

Xəstəxanada olan uşaqların sayı isə 792-dir:

“Nazirlik müəssisələrinə qəbul etdiyimiz uşaqların sayı isə 201 nəfərdir. Bu uşaqların 1071 nəfərini müəyyən etmişik. Hazırda 291 övladımızın şəxsiyyətini hələ müəyyənləşdirə bilməmişik, lakin bunlarla bağlı araşdırmalar davam edir”.

Derya Yanık uşaqların ailələri tapılmadan və ya şəxsiyyətləri müəyyən edilmədən heç bir tədbir görülməyəcəyini, baxım təkliflərini dəyərləndirməyəcəklərini deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button