2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyədəki referendumla bağlı Avropadan ilk reaksiya

Avropa Birliyi Türkiyədə Konstitusiya dəyişikliyi referendumu ilə bağlı mövqeyini açıqlayıb. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa Komissiyasının vitse-prezidenti, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə müzakirələri üzrə komissarı Yohannes Han bu xüsusda birgə bəyanat yayıblar. Bəyanatda deyilir:

“Biz Türkiyə Böyük Millət Məclisi tərəfindən 21 yanvar 2017-ci ildə qəbul edilmiş konstitusiya düzəlişləri üzrə Türkiyədəki referendumun nəticələrinə nəzər yetiririk.

Saytların yığılması Saytlarin yigilmasi

Biz iddia edilən qanun pozuntuları da daxil olmaqla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Beynəlxalq Müşahidə Missiyasının seçkilər barədə qiymətləndirməsini gözləyirik.

Konstitusiya düzəlişləri və xüsusilə onun praktiki icrası Avropa Şurasına üzvlüyü və Avropa Birliyinə namizədliyi olan Türkiyənin öhdəlikləri çərçivəsində dəyərləndiriləcək.

Fövqəladə vəziyyətlə bağlı narahatlıq da daxil olmaqla, biz Türkiyəni Avropa Şurasının narahatlıq və tövsiyyələrini nəzərə almağa çağırırıq. Konstitusiya düzəlişlərinin geniş təsirlərini nəzərə alaraq, onların icrası zamanı Türkiyə hökumətini mümkün ən böyük milli konsensusu axtarmağa çağırırıq.”

Avropa Şurasının baş katibi Torbyorn Yaqland da Türkiyədə referendumun nəticələri barədə bəyanat verib.

“Türkiyə seçiciləri Konstitusiya dəyişikliklərinə səs verdi. Nəticələri nəzərə alaraq Türkiyə hökuməti növbəti addımlarını diqqətlə götür-qoy etməlidir. İnsan Haqları üzrə Avropa Konvensiyasında təsbit edilən qanunun aliliyi prinsipinə uyğun olaraq məhkəmə müstəqilliyinin təmin edilməsi son dərəcə önəmlidir. Türkiyənin tam üzvü olduğu Avropa Şurası bu prosesdə ölkəni dəstəkləməyə hazırdır”, – deyə bəyanatda bildirilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button