2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədən ərəb liderə sərt reaksiya: Sizin sisteminiz budur

Hər zaman Türkiyənin davranışlarını anlamağa çalışıram.

Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Qayt söyləyib.

“Türk dostlarıma səslənirəm. Siz sərhədlərinizin güneyində bir ərəb ölkəsinə müdaxilə etdiyinizin fərqində olmalısınız”, – deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Əbu Qaytın bu açıqlaması Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun kəskin reaksiyasına səbəb olub.

“Biz Suriyada beynəlxalq hüquq çərçivəsində hərəkət edirik. Türkiyə özünü müdafiə haqqından yararlanır və terror təşkilatlarıyla mübarizə aparır. Siz öz sisteminizdən bəhs edirsiniz. Kaş ki, sisteminiz üzv ölkənin liderinin yarım milyon insan öldürməsini, kimyəvi silah istifadə edə bilməsinin qarşısını ala biləcək gücdə olaydı. Ərəb Dövlətləri Liqası nədənsə Suriyada hərəkatlar aparan ABŞ və digər Qərb ölkələrinə qarşı səssiz qalır. Sizin üzvlərinizin bəziləri Qüds məsələsində Fələstin və İordaniyaya təzyiq edir, amma Ərəb Dövlətləri Liqası buna səssiz qalır. Sizin sisteminiz təəssüf ki, budur”, – Axar.az-ın məlumatına görə, Çavuşoğlu belə deyib.

Qeyd edək ki, Əbu Qayt 2016-cı ildə Ərəb Dövlətləri Liqasının rəhbəridir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button