2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədən Niderlanda qarşı növbəti HƏMLƏ

Türkiyə və Niderland arasındakı siyasi böhran yüksəlməkdədir.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Niderland səfirinin ölkəyə girişinə qadağa qoyan Ankara bu ölkəyə qarşı daha bir addım atmağa hazırlaşır.

Ankara ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı baş konsulluğuna daxil olmasını qadağan edən Niderlanddan eyni anda 3 beynəlxalq təşkilata şikayət edəcək. Bu təşkilatlar Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası (AŞ) və Avropada Təhlukəsizlik və Əməkdaşlıq Təşkilatıdır (ATƏT). Şikayətlərdə Niderlandın 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının pozulduğu bildiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, martın 11-i gecə saatlarında holland polisi türkiyəli naziri Rotterdam Baş konsuluq binasının 30 metrliyində saxlayıb və onu konsulluğa buraxmayıb. Polis nazirin də içində olduğu və diplomatik toxunulmazlığın olduğu avtomobil sürücüsünü də nəzarətə götürüb. Fatma Betül Sayan Kaya isə Almaniyaya qaytarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button