2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyənin 7 bölgəsində yanğın: əhali və turistlər evakuasiya edilir

4 nəfərin həyatını itirdiyi açıqlanıb

Türkiyədəki yanğınlar artıq 48 saatdan artıqdır ki, davam edir. Antalya, Adana, Osmaniyə, Mərsin, Kayseri, Muğla, Kütahya bölgələrindəki meşə yanğınlarından son 2 gündə 4 nəfər həyatını itirib.

Yüzlərlə mülkə və obyektə zərər dəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Muğlanın Marmaris rayonunda istirahətdə olan turistlərin -yə verdiyi məlumata görə, artıq yanğın istirahət mərkəzlərinə yaxınlaşıb.

Onların sözlərinə görə, otellərdə tüstüdən nəfəs almaq mümkün deyil: “Otelin bir tərəfi meşəyə, bir tərəfi dənizə baxır. Odur ki, balkondan baxanda elə yanğını görmək mümkündür. Otel rəhbərliyi hamımızı yeməkxanaya toplayıb. Külək kəsmir deyə helikopterlərin söndürməsi də çətinləşir. Açığı bizi turla gətirən şirkətin də vecinə deyil. Bizi heç yerə yerləşdirmirlər. Dünən yanğını söndürməyə gələnlərdən bir nəfər ölüb. Burada danışırlar ki, yanğın qəsdən törədilib, istidən deyil”.

Marmarisdə istirahət edənlər bildirirlər ki, otel nümayəndəliyi dünən onlara “təhlükəli vəziyyətdə sizi evakuasiya edəcəyik” desə də, hələ ki bir xəbər yoxdur: “Elə vəziyyət də təhlükəlidir. Oturub gözləyirik, görək nə olacaq”.

CNN Türk yazır ki, bəzi bölgələrdə yanğınlar kontrol altına alınıb, bəzi bölgələrdə isə söndürmək işləri davam edir.

Marmarisin İçmeler Mahallesindəki 11 ev ilə Halit Narin Peşə Liseyi ve Tekniki Anadolu Liseyinin damı zərər görüb. Alovların məktəbin önündəki yanacaqdoldurma məntəqəsinə yaxınlaşmasının qarşısı çətinliklə alınıb.


24 saat” “Türkiyənin 7 bölgəsində yanğın: əhali və turistlər evakuasiya edilir” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button