2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Türkiyənin 70 yaşlı ulduzu: “Hər an ərə gedə bilərəm…”

Müğənni Ajda Pekkan “Hürriyet” qəzetinin əməkdaşı Ömür Gedikə müsahibə verib.

 

Eyni zamanda ikili birgə fotosessiya da etdiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Axşam.az həmin müsahibənin maraqlı məqamlarını təqdim edir:

– Neçə dəfə aşiq oldunuz?
– Heç saymıram belə şeyləri. Sayılmalı bir şey yoxdur.

– Sevgi qadınısız?
– Hə. Mən pişiyimə də aşiq oluram, yaşadığım hər şeyə aşiq ola bilərəm. Gözəlsə, dəyərsə, mənimlə uğundursa… Hazırda baxçama, sevdiyim insanların etdiyi gözəl hərəkətlərə aşiqəm.

– Türk kişisi diqqətlidirmi?
– Düşünmürəm.. Çünki uşaq kimidirlər.

– Kişilər nə vaxt böyüyür?
– Yaşı yoxdur. Həyatda yaşadıqları təcrübələrə, səhvlərə və ya doğrularına görə böyüyürlər.

– Heyvanlar sizə nə öyrədir?
– Mənə hər gün bir şey öyrədirlər. İnsan olmağı, sadiq qalmağı… O da bu dövrdə çox səhvdir (gülür)

– Sadiq olmaq?
– Hə, amma mən beləyəm. Özümə, işimə, sevdiklərimə sadiqəm.

– Evli, uşaqlı biri olsaydınız, necə olardı?
– Mən o tip biri deyiləm. Amma evə bağlıyam. Həyatımda hər zaman xoşbəxt olmaq üçün darıxdım. İstədim, bunun üçün çox fədakarlıq etdim…

– Xoşbəxtsiniz?
– Xoşbəxtəm. Kiminsə məni xoşbəxt etməsi vacib deyil, öz-özümə xoşbəxtliyi öyrəndim. İndi yaxşıyam. Çox paradoks yaşadım. Amma insan özü ilə xoşbəxt olmağı bacarırsa, bunu öyrənə bilirsə, həyatdan dərs çıxara bilirsə nə yaxşı.

– Həyatda ən böyük dərsi nədən aldınız?
– Öz həyatımdan. Ajda Pekkanın köləsiyəm əslində…

– Tarkan evləndi. Ondan sonra hamı başladı evlənməyə. Bəs siz?
– Sabah, bir gün mənim nə edəcəyim bəlli olmaz, hər an ərə gedə bilərəm. Hər şey edə bilərəm. Yaşayarkən həyatdan həzz almağı sevirəm.

– Bədən quruluşunuz çox gözəldir. Çox idman edirsiniz?
– Nə qədər idman edirəmsə, edim. Həyatın insandan aldıqları var. Ona görə özümə yaxşı baxmağa çalışıram. Çox ağır idman edirəm. Qadınlar kimi yox, kişi gimnastikası ilə məşğulam.

– Səhnə ritualınız var?
– Yox, sadəcə Allaha deyirəm ki, “Mənə kömək et”. İnanclı insanam.

– Həyatınızı girən kişilər işinizə hər zaman müdaxilə ediblər. Neçə dəfə bununla rastlaşmısınız?
– Hər zaman. İşimə anlayış göstərməyib məhdudlaşdırmağa çalışdılar. Mənə heç kim sual verə bilməz. Çünki mən heç kimə sual vermirəm, hesab soruşmuram.

– “Kişilərlə münasibətimdə atamı axtardım” demişdiniz…
– Mənim atamla o qədər böyük münasibətim olmayıb. Kaş ki kişilər beyinlərində mənim qədər kişi olsaydılar… Dürüst, sözünün arxasında qalan.

– Uşaq həsrətiniz varmı? Heç övladlığa götürmək barədə düşünmədiniz?
– Yox, düşünmədim. Uşaqları çox sevirəm, amma özümü belə bir hissdən məhrum etmişkən başqa bir uşağı övladlığa götürmək fikri qəribədir. Şərtlər uyğun olsaydı, özüm uşaq doğardım elə…

– Peşmanlıqlarınız oldu şöhrət yolunda?
– Şöhrətdən neçə dəfə qaçmağa çalışdım, amma məni buraxmadı. Hələ də buraxmır.

– Bəlkə də kiminsə sizin əlinizdən tutub çəkməsi lazımdır
– Kim çəkər ki, bu saatdan sonra. Çəksin, vallah (gülür).
Səhifənin yuxarısına keçidYuxarı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button