2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyənin Jandarma Qüvvələrinin komandanı Bakıda

Türkiyənin Jandarma Qüvvələrinin komandanı, ordu generalı Yaşar Gülər Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, Y.Gülər səfəri çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb.

Eyni zamanda, o, Şəhidlər xiyabanını və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Y.Gülərin üç gün davam edəcək səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları komandanı Elçin Quliyev və digər rəsmilərlə görüşü planlaşdırılır.

Görüşlərdə iki ölkənin müxtəlif güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button